Eldar Mahmudovun həbs edilməməsinin SİRRİ…əlində video kassetlər var…

5-12-2016, 21:41   

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altayın “Qafqazinfo”ya müsahibəsindən:
“- Bu qədər hadisələrdən sonra Eldar Mahmudov niyə hər hansı statusla istintaqa cəlb olunmayıb?
– O, çoxdan həbs olunmalı idi, olmayıbsa, bu gün həbs olunmalıdır. Amma onun vəzifəsi həm də siyasi olduğu üçün dövlət rəhbərliyi Eldar Mahmudovun həbs olunmamasını həbs olunmasından daha xeyirli olduğu qənaətindədir. O, onsuz da faktiki həbsdədir, sadəcə rəsmi olaraq həbs olunmayıb. Yəqin ki, istintaqa da cəlb olunub, ifadəsi alınıb, istintaq sirri olduğu üçün açıqlanmır. Onun arxasında kimlərsə olsaydı, “MTN işi” bu qədər açılıb ortaya tökülməzdi. Açıq-aşkar bəllidir ki, Eldar Mahmudova heç bir güzəşt yoxdur.
– Əlində çoxlu informasiyalar və video kasetlər olması iddiası da inandırıcıdır?
– Mən dedim ki, həbs olunmaması məqsədə uyğun görünür. Nəyə görə məqsədə uyğun göründüyü səbəblər arasında, bu dedikləriniz də var, demədikləriniz də. Çox məsələlər var, detalları açıqlamaq istəmirəm.”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar