[media=https://www.youtube.com/watch?v=4KmjDXoctsY]
Sosial mediada Ümummilli lider Heydər Əliyevlə bağlı daha bir maraqlı görüntü yayılıb.
Ölkə.az-ın məlumatına görə, fəaliyyəti dayandırılmış ANS TV-nin Qızıl Fondundan olan görüntülərdə Qənirə Paşayeva (Həmin dövrdə ANS TV-nin xüsusi müxbiri, hazırda millət vəkili) Heydər Əliyevə daxili işlər naziri Ramil Usubovla bağlı sual verir. H.Əliyev isə Usubovu yanına çağıraraq onun haqqında yüksək fikirlər söyləyir.
Ehtimal olunur ki, bu kadrlar 2000-ci illərin əvvəlində lentə alınıb.
Xatırladaq ki, videonu sosial şəbəkədəki hesabında bir müddət Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş bəstəkar-hüquqşünas Ruslan Əhmədoğlu paylaşıb.
Sözügedən videogörüntünü təqdim edirik.