ÖNƏMLİ – İntihar edən MTN polkovniki İlqar Əliyevin gizlətdiyi məxfi dosyenin izi ilə – DÖVLƏT SİRRƏ SAHİB ÇIXACAQMI?

22-12-2016, 11:42   


Dünən, 21 dekabr MTN polkovniki İlqar Əliyevin intiharından 1 il ötdü. Mahmudov çetesinin kilid isimlərindən olan İlqar Mustafa oğlu Əliyev intiharı ilə böyük sirləri də özü ilə birlikdə məhv etdi.

Sözügedən intihardan sonra əksər mütəxəssislər bunun inrihar deyil, qətl olduğunu iddia edib. Hətta hazırda məhkəməsi davam edən qanqster general Akif Çovdarov da İlqar Əliyevin intihar etmədiyini, əksinə öldürüldüyünü bildirib.



Bu günlərdə 24saat.org saytı İlqar Əliyevin qətli və ümumilikdə kimliyi barədə hamının diqqətindən kənarda qalan çox önəmli bilgiyə sahib olub. Söhbət İlqar Əliyevin yaxın dostu olduğunu heç bir zaman gizlətməyən, hətta onun qəbri üzərindən şəkillərini sosial şəbəkələrdə paylaşan jurnalist Elnur Vaqifoğlunun 27 mart 2014-cü ildə yekunlaşdırdığı “MENORA – Kəşfiyyat tapşırığı” adlı detektiv romandan gedir.



Müəllif kitabın girişində “Bu romanda qeyd olunan hadisələr və isimlər sadəcə müəllifin təxəllüyülün məhsuludur, reallığı əks etdirmir” qeydini yazsa da, zənnimizcə, müəllifin bu qeydi reallıqdan çox uzaqdır.

Öncəliklə bildirək ki, romanın qəhrəmanı xəfiyyə orqanlarının əməkdaşı polkovnik Mustafazadədir. “Zadə” sonluğunun fars dilindən tərcümədə “oğlu” mənasını verdiyini yəqin ki, hamı bilir. Belə olan təqdirdə Mustafazadəni “Mustafa oğlu” kimi oxumaqda da qəbahət olmaz. İntihar etdiyi bildirilən MTN polkovniki İlqar Əliyevin atasının adının Mustafa olduğunu nəzərə alsaq, Elnur Vaqifoğlunun bəhsigedən “qeydi” ilk həmlədəcə əhəmiyyətini itirir.

XX əsrin sonuncu “XAÇ ATA”sı – Bulqer FTB-ni barmağına necə dolamışdı
Amma əldə etdiyimiz məlumatlarda romanın qəhrəmanı polkovnik Mustafazadənin məhz İlqar Əliyev olduğunu sübut edən xeyli dəlil var.

Bunlardan biri kitabın 64-cü səhifəsində şifrələnib. Müəllif incə ayarlama ilə əslində polkovnikin həqiqi kimliyini ortaya çıxarmağa, sankı bunu qəsdən mesaj verməyə çalışır.



Romandan bir parça:

Elə həmin andaca Mustafazadə ilə gələn mayor Mehdiyevin şəxsən idarə etdiyi nömrə nişanın sonu “333” olan qara rəngli son model “infiniti” yerindən “raket sürətilə” tərpənərək Azərbaycana doğru itiqamət götürdü…

Gəlin şifrəni açaq. Öncə mayor Mehdiyevdən başlayaq. MTN polkovniki İlqar Əliyevlə birlikdə onun tabeçiliyində olan mayor Azər Mehdiyevin də həbs olunduğu yayılan rəsmi məlumatlar arasında özünə yer tapıb.

24saat.org saytına verilən məlumata görə, İlqar Əliyevin şəxsi maşını “İnfiniti” markalı olub və nömrə nişanının sonu 333 ilə qurtarıb. Hazırda həmin nömrənin İlqar Əliyevin xanımın idarə etdiyi “Range Rover” markalı avtomobilin üzərində olduğu da bizə verilən məlumatlar arasındadır.

Kitabın 25-ci səhifəsində isə qara rəngli “Land Rover Diskovery” markalı avtomobildən və sürcü Salehdən söz açılır. Əldə etdiyimiz məlumata görə, MTN polkovniki İlqar Əliyevin xidməti maşını “Land Rover Diskovery” olub və sürücüsün adı Salah olub.



Müəllifin polkovnik Mustafazadə kimi təqdim etdiyi şəxsin MTN polkovniki İlqar Əliyev olduğunu sübut edən daha bir məqam isə romanın 24-cü səhifəsində yer alan qəzetlə bağlıdır. Romanda adı açıqlanmayan qəzetin köşə yazarları Çinarə Vüqarlı və Kamran Məhərrəmlinin “əsas məsələ” rubrikasında yazılar yazdığı vurğulanır. “Təsadüfləri” izləyərək adıçəkilən müəlliflərin həqiqətən də “əsas məsələ” rubrikası altında özlərinin də xəbəri olmadan, sadəcə peşə fəaliyyətini yerinə yetirmək məqsədi ilə məhz MTN-ə, xüsusilə də İlqar Əliyevin çalışdığı Anti Terror Mərkəzinə bağlılığı ilə tanınan “Gündəlik Bakı” qəzetində künc yazıları ilə çıxış etdiklərini qeyd etməmək olmur.



Hesab edirik ki, məhdud sayda çapdan çıxan romanda bəhsi keçən polkovnik Mustafazadənin məhz MTN polkovniki İlqar Mustafa oğlu Əliyev olduğunu sübut etmək üçün bu qədər dəlil kifayət edər.

İndi isə daha da maraqlı məqama toxunmaqda fayda var. Romanda polkovnik Mustafazadənin (bu şəxsin kimliyi artıq hamıya məlumdur) necə öləcəyi barədə çox maraqlı məqam da əksini tapıb. Müəllifin dövlətə xidmətlə çalışdığını qabartmağa çalışdığı İlqar Mustafazadənin dilindən “BU ETİBARSIZ DÜNYADA NƏ ZAMANSA HANSISA BİR DÜŞMƏN SİFARİŞİNİN MƏKRLİ PLANI İLƏ DÖVLƏTİMƏ XİDMƏTDƏN UZAQLAŞDIRILACAĞIM TƏQDİRDƏ QƏLBİM BU YÜKÜ QALDIRARSA, ÖZÜMƏ DƏ ETİRAZ EDƏRƏK İNTİHARI SEÇƏRƏM” iddiası özünə yer edir. Bir daha xatırladaq ki, roman yazılıb tamamlanan ərəfədə İlqar Əliyev MTN-də kifayət qədər əhəmiyyətli vəzifəni icra edirdi və həyatda idi. Tam 1 6 ay il sonra o, həbs olunur və eyniylə romanda yazıldığı kimi ithihar edərək həyatına son verir.





Romanda daha maraqlı məqam isə polkovnikin daha sonralar adının Vüqar olması ilə bağlıdır. 24saat.org saytını məlumatlandıran mənbənin iddiasına görə, İlqar Əliyevin daşıdığı ikinci və məxfi pasportunda da adı Vüqar olub.

Və ən önəmli məqam – romanın süjet xəttini hansısa gizli dosye təşkil edir. Hətta romanın bu cümlələrlə bitir – “Artıq iş çözüldüyünə görə bu məxfi dosyenin onda qalması məqbul deyildi. Baxmayaraq ki, ona etibar olunaraq bu dosye verilib, ancaq tez bir zamanda geri qaytarılmasını da məqsədəuyğun olduğunu düşünürdü. Çünki Mirtələt heç vaxt düşüncələrində yanılmırdı. Bu, həqiqətən də son dərəcə gizli olan bir dosye idi, məxfi kəşfiyyat tapşırığının dosyesi…”



Maraqlıdır, müəllifin bu qədər qurğunun içərisində Mirtələt olaraq adlandırdığı şəxs kimdir?

Polkovnikin ona etibar edərək verdiyi məxfi dosyedə nələr yazılıb?

Ümumiyyətlə, İlqar Əliyev həqiqətmi intihar edib?

Onun həyatda olması ehtimalı nə dərəcədə realdır?



Əgər bizə çatdırılan informasiyalar doğrudursa, o zaman müəllif bu sonluqla “məxfi dosyeniz məndədir, verməyə hazıram” deməkmi istəyir?

Sonda onu da qeyd edək ki, kitabın nəşr olunmasında köməklik göstərdiyi üçün millət vəkili Cavid Qurbanova da təşəkkür özünə yer tapıb.

Maraqlıdır, Cavid Qurbanovu İlqar Əliyevə niyə bu qədər sadiqdir ki, onun həbsindən və intiharından sonra sözügedən kitabın nəşri üçün köməklik göstərib.



Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

24saat.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar