İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin yaxalanmasına dair xəbərin təfərrüatları məlum olub.
Virtualaz.org xəbər verir ki, BMT rəsmisi Haissam Əbu Səid Bağdadinin Rusiya və Suriyanın birgə keçirdiyi kəşfiyyat əməliyyatı nəticəsində yaxalandığını deyib.
“BMT-nin informasiya və təhlükəsizlik Komitəsi yanında informasiya Bürosu dəqiq məlumat alıb ki, xəlifə Əbu Bəkr əl-Bağdadi Suriyanın şimalında, Rusiya və Suriya kəşfiyyat qüvvələrinin birgə əməliyyatı sayəsində yaxalanıb”-Haissam Əbu Səid bildirib.
BMT rəsmisinin bildirdiyinə görə, Bağdadi mühasirədə olan Mosulu aprelin 2-də tərk etməyə nail olub və Suriyaya keçib. Lakin əbu Səid deyib ki, Bağdadinin yaxalanması əməliyyatının dəqiq detalları barədə məlumat verə bilməz. BMT-nin Avropa təhlükəsizliyi və informasiya departamentinin rəhbəri, italyan diplomat Luçano Konzorti də Bağdadinin yaxalandığı haqda informasiya aldıqlarını təsdiqləyib. Lakin hələlik Rusiya və Suriya rəsmi qaynaqları bu məlumata şərh vermir.
Əgər Bağdadinin Rusiya kəşfiyyatı və Bəşər Əsədin xəfiyyələri tərəfindən yaxalandığı doğrudursa bu, Moskvanın İŞİD terroruna qarşı çox ciddi uğuru hesab oluna bilər.
* * *17:45
İŞİD qəddar terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağadinin yaxalandığı haqda xəbərlər yayılıb.
Virtualaz.org xəbər verir ki, Bağdadinin yaxalandığını ərəb KİV-ləri BMT-nin informasiya və təhlükəsizlik Komitəsi yanında informasiya xidmətinin rəisi Heytam Əbu Səidə istinadən ərəb KİV-ləri bildirirlər. Məlumata görə əli on minlərlə insanın qanına bulaşmış “xəlifə” Mosuldan qaçarkən Suriya-İraq sərhədində yaxalanıb. Hələlik İraq rəsmi qaynaqları bu xəbəri şərh etməyib. Digər mənbələr də Bağdadinin yaxalanması haqda məlumat yaymayıb. Bundan əvvəl İraq hökuməti bildirmişdi ki, Bağdadinin gizləndiyi yer təxminən məlumdur və o, Mosulda mühasirə vəziyyətindədir.