İş adamı Füzuli Fərəcov oğlu Ağaəli Fərəcovun “Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə adam öldürməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Unikal.org-a açıqlama verən iş adamı hazırda araşdırma aparıldığını bildirib:
“Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.
Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, “14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?…”
“Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz” sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.
***
Bakıda avtomobil gənc qızı vuraraq öldürüb.
“Report”un xəbərinə görə, paytaxt sakini Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta bilib.
Faktla bağlı araşdırma aparılır.
lent.azın məlumatına görə, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.
[media=https://www.youtube.com/watch?v=8dkTzH9StTY]
[media=https://www.youtube.com/watch?v=2ejpY2bh9u8]
“AzPolitika”