“Əgər düşmən mülki obyektləri hədəf alırsa, ordumuzun borcudur ki...”

6-07-2017, 08:57   



Elxan Şahinoğlu: “Biz ya hücuma keçməli, ya da düşməni uzaq məsafəyə qədər qovmalıyıq””

Ermənilərin Füzuli rayonu istqiamətində mülki obyektləri atəşə tutması nəticəsində biri uşaq olmaqla iki mülki vətəndaşımızın həlak olması bütün ölkədə ciddi rezonansa səbəb olub. Maraqlıdır, baş verən bu hadisə mülki əhalinin təhlükəsizliyi ilə bağlı tədbirlərin artırılmasının zəruriliyinə dəlalət etmirmi? Təmas xəttinə yaxın ərazidə yerləşən bütün yaşayış məntəqələrində, eləcə də Cocuq-Mərcanlı kəndində məskunlaşdırma siyasətinə yenidən baxıla bilərmi? Madam ki, ordu mülki əhalinin tam təhlükəsizliyini təmin edə bilmir, o zaman məskunlaşdırma prosesini müvəqqəti olaraq təxirə salmaq olarmı?


anaxeber.info-a açıqlama verən “Atlas” Ataşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu məsələdə bir neçə amilə diqqət yetirilməsi gərəkdiyini vurğuladı:
“Məsələnin hər şeydən əvvəl psixoloji tərəfi mövcuddur. Cocuq-Mərcanlı kəndinin bərpası, insanların ora qayıdışı həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistana bir mesajdır. Bu o deməkdir ki, Azərbaycan işğaldakı bütün torapqları geri qaytaracaq. Yəni Cocuq-Mərcanlı bir nümunədir. Bu mənada kəndin həm bərpası, həm də insanların ora köçürülməsi vacib idi.
Lakin sizin sözünüzdə də həqiqət var. Ermənilər cəbhə boyu yaşayış məntəqələrini atəşə tuturlar. Ordumuz artıq imkan verməməlidir ki, düşmən bizim mülki obyektlərimizi hədəfə alsın. Əgər hədəf alacaqlarsa, o zaman bizim ordumuzun borcudur ki, ya əks-hücuma keçsin, ya da düşmənə elə bir zərbə vursun ki, onları elə məsafəyə qədər geri çəkilməyə vadar etsin ki, onlar bir də bizim mülki obyektlərimizi hədəf ala bilməsinlər.
Unutmayaq ki, öz arxasında əhalini hiss edə bilməmək psixoloji baxımdan orduya da mənfi təsir edə bilər. Böyük Vətən Müharibəsi zamanı alman qoşunları Moskvaya yaxınlaşanda Stalin Moskvanı boşaltmağa qərar vermədi. Bu, sovet döyüşçüləri üçün əlavə bir situmul oldu. Onlar başa düşdülər ki, düşmən hücumunu dəf edib əks-hücuma keçməkdən başqa yolları yoxdur.
Bizdə də ordunun arxasında mülki insanların varlığı vacibdir. Ordu mülki insanları qorumalı, onların intiqamını almalıdır. Mülki vətəndaşların qorunması ilə bağlı təhlükəsizlik tədbirləri artırılmalıdır”.

Seymur Əliyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar