Dünyanın “yox” dediyi məhsulların Azərbaycanda satılma ehtimalı var – DİQQƏT!

29-07-2017, 19:17   
Dünyanın “yox” dediyi məhsulların Azərbaycanda satılma ehtimalı var – DİQQƏT!


Eyyub Hüseynov: “Yararsız olduğu üçün geri qaytarılan məhsulların taleyi naməlumdur”

Bu günlərdə Azərbaycandan Rusiyaya göndərilən 18 ton pomidorda fitosanitar tələblərin pozulduğu aşkarlanıb və bu məhsulun Rusiya ərazisinə buraxılmasına icazə verilməyib. Məlumat üçün qeyd edək ki, bundan öncə də bir neçə dəfə oxşar olaylar yaşanmış, Azərbaycandaın göndərilən tonlarla məhsul istifadəyə yararsız hesab edildiyi üçün geri qaytarılmışdır.
Maraqlıdır, ixrac məqsədi ilə xarici dövlətlərlə göndərilən, lakin zərərli olduğu üçün geri qaytarılan bu məhsulların Azərbaycandakı aqibəti necə olur? Həmin məhsulların daxili bazarda satılma ehtimalı varmı?


anaxeber.info-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bununla bağlı ciddi narahatlığın mövcud olduğunu vurğuladı:
“Azərbaycanda heç nə itmir. Öz şəklini dəyişir. Bir şəkildən digər şəklə düşür. Bir neçə il bundan öncə Avropaya satış məqsədi ilə göndərilən bəzi məhsulların da zərərli olduğu bəlli oldu. Lakin onların aqibətinə aydlınlıq gətirilmədi. Bu məhsullar daxili bazarda satıldı. Azərbaycanda bu cür təhlükəli mallar çoxdur. Rusiyadan qaytarılan məhsullar ən çox ətraf mühitə zərər vuracaq mallardır. Onların bir çoxu məhz bu nöqteyi-nəzərdən geri qaytarılır. Geri qaytarılan məhsulların Azərbaycandakı taleyi isə əksər hallarda naməlum olur. Çünki ölkəmizdə qidanın təhlükəsizliyi ilə bağlı qanun yoxdur. Qanun olmayan yerdə isə cinayət baş verir”.
Anaxeber.a
Seymur Əliyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar