Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bölgələrdə yaşayan fiziki məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi başladı

2-08-2017, 11:38   


“Təlim məktəbi” layihəsi “Nar” tərəfindən təşkil edilən və fiziki məhdudiyyətli gənclərin
cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş layihədir. Zaqatalada start verilən bölgələrdə
“Təlim məktəbi” layihəsi təcrübəli mütəxəssislər və psixoloq tərəfindən aparılır. Layihə
çərçivəsində bölgələrdən olan 40 nəfər yerli sakin iki ay boyunca üç istiqamət üzrə peşə təlimi
alacaq. Təlim iştirakçıları smartfon təmiri, dərzi və aşbazlıq kurslarında iştirak edəcək. Qeyd edək
ki, bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə həm də rayon icra hakimiyyəti və Ailə, Qadın və
Uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir.
“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda başlamış və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə
keçirilmişdi. “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi fiziki
məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə
vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə
qazandırmaqdır. Bu məqsədlə, layihəyə “ASAN Könüllüləri” və “Uğur Akademiyası” da təşkilati
dəstək göstərir. Təşkilatçılar “Təlim məktəbini” bitirən gəncləri diqqət mərkəzində saxlayaraq
onların işlə təmin olunmasına yardımçı olur.
Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki
məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif
addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət
məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu
qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi
nəzərdə tutur.
“Nar”-ın korporativ sosial sosial məsuliyyət (KSM) strategiyası haqqında ətraflı məlumatı nar.az
saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar