![](/uploads/posts/2017-08/thumbs/1503431229_205957_res_00.jpg)
Azərbaycanlı qaydasız döyüş (MMA) ustası, 25 yaşlı Anar Allahverənov tərəfindən ötən bazar günü, avqustun 20-də Rusiyanın Xabarovsk şəhərində öldürülmüş pauerliftinq üzrə dünya və Avropa çempionu, 32 yaşlı Andrey Draçovun ölüm səbəbi məlum olub.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, məhkəmə-tibbi ekspertizasının gəldiyi nəticəyə əsasən, çempionun ölümünə sınmış burun sümüyünün qəlpələrinin beyninə sirayət etməsi olub. Başqa sözlə, Anar Allahverənovun son zərbələri Andrey Draçovun həyatına son qoyub.
![](/uploads/posts/2017-08/thumbs/1503431208_205958_src.jpg)
Andrey Draçov
Hazırda Rusiya üzrə federal axtarışa verilmiş Anar Allahverənovun yeri məlum deyil. Bunun birlikdə, Rusiya Federasiyası İstintaq Komitəsinin Xabarovsk diyar İdarəsi cinayət işinin aparıldığı maddəni dəyişib.
Belə ki, İdarədən veriləmn informasiyaya görə, əvvəlcə cinayət işi RF Cinayət Məcəlləsinin “ehtiyatsızlıqdan ölümə səbəb olan sağlamlığa bilərəkdən ağır zərərin yetirilməsi” maddəsi ilə açılmışdı. Bu maddə ilə Anar Allahverənovu ən uzağı 15 il müddətinə həbs cəzası gözləyirdi. Lakin bu gün həmin maddə dəyişdirilib. Hazırda cinayət işi “xuliqanlıqla qətlə yetirmə” maddəsi ilə aparılır ki, bu maddə üzrə 20 il müddətinə, yaxud ömürlük həbs cəzası nəzərdə tutulub.
[media=https://www.youtube.com/watch?v=Zd3eVYM5BTk]