«Əgər şeyx Allaha qulluq edirsə,…» - İttiham

15-09-2017, 04:26   

«Əgər şeyx Allaha qulluq edirsə,…» - İttiham

Partiya sədri: «Şeyxin bu qədər var-dövləti olduğu halda insanlar var ki, çörək üzünə həsrət qalıb»


«Allahşükür Paşazadə şeyx yox, biznesmendir. Saytlarda gedən məlumatlardan da bəllidir ki, milyarddan çox var-dövləti var».

Bu fikirləri Mia.az-a açqılmasında MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, hazırda ölkədə bütün məmurlar xalqın var-dövlətini talan edirlər:

«Bu talançılardan biri də Allahükür Paşazadədir. Guya bütün Qafqazın şeyxidir. İndiyə kimi hansı işi görüb? Gedib erməni vazgenlə görüşür, amma bir dəfə millətin maraqlarına uyğun çıxış eləmir.
Qoy, xalqdan yığdığı miylardın bir hissəsini verib işğal altındakı rayonların birini azad eləsin.
Heç olmasa, kasıba, yoxsula əl tutsunlar. Şeyx gərək dinə, əqidəyə hörmət eləsin. Mən çox şey bilirəm, amma istəmirəm ki, hamısını açım. Şeyx nəzir qutularına nəzarət edir. Yığılan pulların hamısını öz istəyinə uyğun xərcləyir. Hətta bəzi partiyaları o nəzir qutularının pulu ilə maliyyələşdirir. Yas mərasimlərini böyük gəlir mənbəyinə çeviriblər.
Şeyx milyonlara sahib olub, amma millət, dövlət uğrundan canından keçən bizlər zülm çəkirik. Şeyx yığdığının mində birin dostu Hafiz Hacıyevə versin. Yaxud da ayda 4-5 nəzir qutusu göndərdiyi partiyalar kimi bizə pay vesin. Mən istəmirəm dərinə gedim. Amma məsələ ondadır ki, mənim qardaşım İlham Əliyev humanistlik elədikcə bunlar daha çox ayaq açırlar. İmkan verə bilmərəm ki, xəyanətkar ordusu qardaşıma zərbə vursunlar».



Partiya sədri şeyxi, eləcə də digər məmurları ədalətli, insaflı olmağa çağırıb:
«İnsan gərək özündən başqalarını da fikirləşsin. Görün, vəziyyət nə yerdədir ki, dini təzyiq vasitəsinə çeviriblər. Şeyxin bu qədər var-dövləti olduğu halda insanlar var ki, çörək üzünə həsrət qalıb. Şeyx bu qədər pulu, malı hardan alıb? Bunu araşdırıb ortaya çıxaran olacaqmı?
Hazırda xaricdəyəm, burada görüşlərdə qardışımın müdafiəsi ilə məşğulam. Ətrafındakı xəyanətkarlar elə işlər görüblər ki, qarşıma faktlar qoyulur və qalıram pat vəziyyətində. Əgər şeyx Allaha qulluq edirsə, gərək belə işlər görməsin.
Nəyə lazım idi, ölkəmizi, Prezidentimizi bəzi Qərb dairələrinin hədəfinə gətirmək? Niyə belə edirlər? Bir daha xəbərdarlıq edirəm ki, xəyanətlərinə son verməsələr, bunun axırı pis olacaq».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar