Dağlıq Qarabağda üç erməni hərbçi ölüb, biri yaralanıb

22-11-2017, 10:47   

Dağlıq Qarabağda  üç erməni hərbçi ölüb, biri yaralanıb
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 21-də saat 18.35-də baş verib.

İşğalçı ordunun hərbi hissələrindən birində minanın partlaması nəticəsində Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il təbəllüdlü) və Sarkis Məlikyan (1997-ci il təvəllüdlü) ölüb.

Daha bir hərbçi Harek Oveyan (1997-ci il təvəllüdlü) yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar