İrina Corbenadze
rosbalt.ru, 25.05.2018
İrəvanda nəticədə Paşinyanı hökumət başçısı edən vətəndaş itaətsizliyi aksiyası səngimir. Onun təşvişə düşməyinin vaxtıdır: bu, təxribat deyilmi? Taksiçilər, hərbçilər, ətraf mühitin müdafiəçiləri və hətta terrorizmə görə həbsxanada oturanlar etiraz edirlər.
İtaətsizlik aksiyaları və kütləvi mitinqlərlə öz sələfini faktiki olaraq devirən Ermənistan baş naziri Nikol Paşinyan əkdiyini biçir. Respublikada etirazlar dayanmadığından tənbəllik etməyən hər kəs etiraza başlayıb: taksiçilər, adi sürücülər, həbsxanada oturan cinayətkarların “pərəstişkarları”, ətraf mühit müdafiəçiləri və hətta hərbçilər. Habelə permanent meydana çıxan, “köhnə” yüksəkçinli məmurlardan gah onun, gah da bunun istefasını tələb edən insan qrupları. Onlar bu zaman cəzasız olaraq dövlət müəssisələrinə soxulur, nəqliyyatın hərəkətini dayandırır, tətil elan edirlər və s.
Paytaxt merliyində adamlara artıq sadəcə işləmək imkanı vermirlər: burada İrəvan şəhərinin, yeri gəlmişkən, sakinlərin səsverməsi yoluyla seçilmiş başçısı Taron Markaryanın istefası tələbilə elə hey aksiyalar keçirilir. Kassasiya Məhkəməsinin işçiləri də darıxmırlar – ora bütün siyasi dustaqların və xüsusən də Dağlıq Qarabağın keçmiş müdafiə naziri (mətndə bu cürdür-red.), Gürcüstandan Ermənistana qanunsuz şəkildə “İynə” SZRK aparan Samvel Babayanın azad edilməsini tələb edən camaatla doludur. O, altı il azadlıqdan məhrum edilib.
Baş Prokurorluğun işçiləri də müntəzəm dövriliklə öz iş kabinetlərinə çata bilmirlər – mitinq edənlər əsas və əlavə girişləri bağlayıblar. Burada “siyasi dustaqların”, əslində isə 2016-da İrəvanda polis alayının patrul-post bazasını ələ keçirmiş “Sasna tsrer” silahlı cinayətkar qruplaşmasının üzvlərinin azad edilməsi mövzusu da aktualdır. Bu əməlin nəticəsi bir polisin qətlə yetirilməsi və dörd asayiş keşikçisinin yaralanması olub. Silahlı qruplaşma habelə prezident və hökumətin istefasını tələb edib. O, 31 nəfərlik heyətlə iki həftə ərzində binanı əldə saxlayıb, bundan sonra hökumətə təslim olub.
Amma burada maraqlı bir məqam var: Paşinyan tərəfdarları əvvəllər “Sasna tsrer” üzvlərinin azad edilməsini tələb ediblər, indi isə respublikanın baş prokuroru Artur Davtyan bildirir ki, onlar üçün ehtiyat tədbirləri dəyişdirilə bilər. O bu zaman iddia edir ki, Ermənistanda hakimiyyət dəyişikliyinin buna heç bir dəxli yoxdur.
Ümumiyyətlə, inqilabsonrası Ermənistanda tam hərc-mərclikdir: taksiçilər lisenziyalaşma problemini həll etmək və onların fikrincə, “bazarı inhisarlaşdıran” onlayn taksi xidmətini yasaqlamaq tələbilə İrəvanın baş prospektində yolu bağlayıblar; avtomobil sahibləri “cərimə özbaşınalığı”na qarşı mitinq edirlər.
Hərbi komissarlıqların əməkdaşları da üsyana qalxıblar – “sistemin optimallaşdırılması”nın keçirilməsilə bağlı çoxları vəzifədən azad ediliblər. Onların etiraza yığılma yeri baş nazir Paşinyanın iqamətgahı ətrafındakı ərazidir. Üstəlik, bəziləri onlara ayrılan pay torpağını qaytarmağı, başqaları Sot yatağında qızıl hasilatını dayandırmağı tələb edirlər.
Bu yataqları işləyən “GeoProMining Gold” şirkəti iddia edir ki, qızıl mədəninin qanunsuz hasilatçıları “su bulandırır”. Şirkət administrasiyası öz əməkaşlarının tətil etdikləri haqda məlumatı təkzib edir, lakin müəssisə faktiki olaraq durub: mitinqçilər yolunu bağlayıblar.
Facebook-un fəal istifadəçisi Paşinyan öz səhifəsində yazıb ki, vətəndaş itaətsizliyi aksiyası ya mitinqçilərin özlərinə qarşı işləyir, ya da sabotajdır. Baş nazir vətəndaşların bütün etiraz aksiyalarını dayandırmaq və mövcud problemlər üzrə hökumətlə işləmək haqda onun bütün çağırışlarına reaksiya vermədiyinə çaş-baş qalıb. O, sosial şəbəkədə çağırış edib: “Əziz həmvətənlər, bir daha xahiş edirəm, istisnasız olaraq vətəndaş itaətsizliyi aksiyalarının hamısını dayandırmağa çağırır və tələb edirəm”.
Onun sözlərinə görə, “Əgər bu, xalqın etimadına malik olan hökumətə, uyğun olaraq, xalqın özünə qarşı sabotaj deyilsə, onda bütün etiraz aksiyaları dayandırılmalıdır”.
Ciddi deyilsə, baş nazirin təəccübü tam anlaşılmır, çünki onun özü hərfi mənada bu günlərdə fəal şəkildə həmvətənlərini vətəndaş itaətsizliyi və sabotaja çağırıb. Örnək göstərilib – bumeranq qanunu işə düşüb. Bəzi aksiyaların, xüsusən də merə qarşı basqınınn yuxarıdan törədilə biləcəyini saymasaq, şəhər başçısının vəzifədən getməsi üçün mübarizə, faktiki olaraq, başında keçmiş hökumətin yetirməsinin durduğu İrəvan uğrunda mübarizədir. Aydındır ki, istənilən vasitələrlə ondan tələsik qurtulmaq lazım gəlir. Bir də inqilabsonrası “afterşok”larda (təkrar seysmik təkan-red.) təəccüblü nə var? Bu, zəlzələdə olduğu kimidir – əsas seysmik təkanın ardınca başqaları, intensivliyi az olanlar gəlir. Lakin məlumdur ki, məhz kiçik təkanlar dağıdıcı ola bilir. Habelə kiçik zəlzələlərin böyükləri doğurduğu da məlumdur. Ermənistan inqilabıyla bağlı hələlik bunun əsas hadisə, yaxud əsas siyasi kataklizmin müjdəçsi olub-olmadığı məlum deyil.
Bir də, ümumiyyətlə, Ermənistandakı may hadisələri inqilab idimi? “Novosti – Armeniya” agentliyi Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryandan sitat gətirir: “Xüsusən də yarımçıq göründüyünə görə baş verən prosesə klassik ad vermək çətindir”.
Onun sözlərinə görə, respublikadakı durum dövlətin yenidən qurulması görüşünün tam olmamasına görə inqilabdan fərqlənir. “İnqilablar, – politoloq hesab edir, – totalitar rejimdə baş verə bilmir. Qiyam, üsyan ola bilər.Demokratik ölkələrdə də inqilab ola bilməz, çünki bütün məsələlər seçkilərlə həll olunur. Ermənistan isə parlament idarəçiliyi formasına keçən sovetsonrası ölkələr sırasına düşüb. Bu isə bu və ya digər dərəcədə inqilabların baş verdiyi Ukrayna, Gürcüstan, Qırğızıstan, Moldovadır. Ermənistanda hakimiyyətin məhz yumşaqlığı yeni daxili-siyasi gerçəkliyin yaranmasına gətirib”.
İskəndəryanın sözlərinə görə, Ermənistanın indi artıq keçmiş baş naziri Serj Sərkisyanın şəxsiyyəti “iblisləşdirilib” və xalqın bütün narazılığı məhz ona cəmləşdirilmişdi.
Sərkisyanı deviriblər – indi “iblisləşdirilməmiş” Paşinyan başçılıq edir. Vətəndaş itaətsizliyi aksiyaları artıq onu qane etmir: buna başçılıq etmək bir işdir, ölkəni idarə etmək başqa bir işdir. Amma mitinq və inqilabın dünən alqışlandığını, bu gün isə alqışlanmadığını xalqa necə izah etməli?
Ermənistanın yeni hakimiyyəti hətta etiraz aksiyalarının iştirakçıları nəqliyyatın hərəkətini, müəssisələrin işini iflic edəndə və dövlət idarələrinə soxulanda da güc yoluyla bunu boğmur. Ola bilsin, hesab edir ki, durum öz-özünə “sorulacaq” (Sərksiyan da elə düşünürdü), amma tamamilə ağlabatandır ki, özünün tam legitimliyinə şübhəsi var. İkincisi, bu yaxınlarda hakimiyyətdə olmuş Respublika Partiyasının yerli hakimiyyət qurumlarında hələ də qalan təmsilçilərindən ehtiyat edir: qisasçılıq əhvalı onlara yad ola bilməz. Üçüncüsü, qıcıqlandırıcı və kəskin hərəkətlərdən yayınır, çünki – bu, praktik olaraq həmişə baş verir – “inqilab öz balalarını yeyir”. İndi məsələ bundadır ki, Paşinyan durumu nəzarətdə saxlaya biləcəkmi? Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın artıq vəd etdiyi kimi, xüsusən də o cümlədən qanunsuz yolla qazanılanları müsadirə etmək və uyğun vəsaitlərin dövlət büdcəsinə qaytarılması ilə Ermənistanda korrupsiya ilə amansız mübarizə başlayarsa. Və o deyir – əlbəttə, korrupsiya ilə mübarizə aparanlar korrupsiyaçıların qaytardıqları pullardan yüksəldilmiş maaş və mükafat alacaqlar.
Klassik inqilabsonrası durum Ermənistanda təkrar olunacaqmı: “qardaşından xəbərçilik et” və “qarət olunanı qarət elə”?
Tərcümə Strateq.az-ındır.