09:46
İsrail aviasiyası fələstinli döyüşçülərin atəşinə cavab olaraq Qəzza zolağını bombalayıb.Axar.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti informasiya verib.
Xatırladaq ki, mətbuatda HƏMAS-la İsrail arasında atəşkəs rejiminin bərpa olunması haqqında razılıq əldə olunduğu yazılmışdı. HƏMAS-ın yaydığı məlumatı İsrailin Kəşfiyyat naziri İsrail Kats təkzib etmişdi. O bildirmişdi ki, İsrail raket hücumlarına mütləq cavab verəcək.
***
İsrail hərbçiləri Şərqi Qüds və Qərbi İordan çayının müxtəlif bölgələrində 17 fələstinlini həbs edib.Axar.az xəbrə verir ki, bu barədə Fələstin Girovlar Cəmiyyətindən məlumt verilib.
Qeyd edilir ki, İsrail həbsxanalarında 450-si inzibati həbs, 12-si deputat və 300-ü uşaq olmaqla, təxminən 6 min 500 fələstinli var.