Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Hava Qüvvələrinin baş katibi Hizer Vilson Türkiyənin S-400 almaq məsələsindən narahat olduqlarını bildirərək, Rusiyanın S-400 sistemi alacağı təqdirdə, F-35-lərin verilməyəcəyini söyləyib.
F-35 hərbi təyyarələrinin Türkiyəyə göndərilməsi müddətinə az qalmış Amerika bu sövdələşmədən boyun qaçırmağa çalışır. Vaşinqton, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasının ABŞ-ın bölgədəki mənfəətinə mənfi təsir göstərəcəyi səbəbindən F-35 təyyarələrini vermək fikrindən daşına biləcəyini bildirib.
Açıqlamanı ABŞ Hava Qüvvələrinin baş katibi Hizer Vilson verib.
“Problem S-400-dür”
Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərini Türkiyəyə vermədiyi üçün Türkiyənin Rusiyadan daha müasir və qüvvətli olan S-400 sistemləri almasına etirazını bildirən Vilson, S-400 sistemlərinin alışının NATO üçün problem yaratmamasına baxmayaraq, Amerikanın regional mənfəəti üçün böyük problem olduğunu bildirib.
S-400 varsa, F-35 yoxdur
Vilson Türkiyədə S-400 hava hücumundan müdafiə sistemlərinin olacağı təqdirdə, yeni nəsil F-35 hərbi təyyarələrinin Türkiyəyə verilməyəcəyini bildirib.
Hurriyyet.org