“Özünə hörmət edən Rauf Arifoğluna səs verər?”-Aslan İsmayılov

19-01-2020, 10:49   

 

 

Aslan İsmayılov: “Onun Milli Məclisdə təmsil olunması parlament üçün qara ləkədir”
Tanınmış hüquqşünas Aslan İsmayılov fevralın 9-da keçiriləcək parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsinə diqqət çəkib.  Siam.az-ın məlumatına görə, Aslan İsmayılov bu dairədən namizəd olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ünvanına sərt ittihamlar səsləndirib.
“Bu seçkilərdə əvvəllər şeytan cildində olub trolluq edən bir çoxları indi mələk donu geyiniblər. Onları ifşa etmək də hər birimizin borcudur. Artıq Əli Həsənovun trollarının əksəriyyəti, 35 saylı Xətai 3-cü seçki dairəsindən namizədliyini vermiş Rauf Arifoğlunun ətrafında cəmləşiblər. Biz xalq olaraq belələrinə göstərməliyik ki, xalq heç kimin yaxşı və pis əməlini unutmur. Bu gələcək nəsillər üçün də yaxşı dərs olacaq!”, - deyə tanınmış hüquqşünas vurğulayıb. O əlavə edib ki, seçki gününə qədər “Rauf Arifoğlu kimilərini” seçicilərə tanıdacaq.
Bəzi iddialara görə, Aslan İsmayılovun bu fikirləri Rauf Arifoğluna qarşı şəxsi qərəzdən irəli gəlir. Bu baxımdan,
Siam.az tanınmış hüquqşünasa müraciət edərək Rauf Arifoğluna qarşı ittihamların səbəbi ilə maraqlanıb.
Aslan İsmayılov bildirib ki, Rauf Arifoğluna qarşı heç bir şəxsi qərəzi yoxdur. “Mən səmimi mövqeyi olan adama yaltaq, özünü dost kimi aparandan daha çox hörmət edirəm. Amma Rauf Arifoğlu belə deyil. O, Elçibəyin yanında oldu sonra onu ittiham etməyə başladı, İsa Qəmbərin yanında oldu onu da satdı. İndiki hakimiyyət haqqında ən ağır ifadələri işlətdi, yazdı, amma indi onlara xidmət edir. Bu ölkədə iki və çox siması olanlara yer olmamalıdır. Çünki ölkənin bu günə düşməsində bu adamların da rolu az deyil. Rauf Arifoğlu etdiyi yaramazlıqlara rəğmən üzdə qalmağı, sərvət toplamağı bacarır. Hələ bir Milli Məclisə də getmək istəyir. Təkcə onun Milli Məclisdə təmsil olunması parlament üçün qara ləkədir. Millət bu adamları tanımalıdır. Mənim də məqsədim Rauf Arifoğlu və onun kimilərini millətə tanıtmaqdır. Burada hər hansı şəxsi qərəzdən söhbət gedə bilməz. Onu da deyim ki, Rauf Arifoğlunun bəzi əxlaqa sığmayan yazıları olanda zəng edib özünə bu barədə iradımı bildirmişəm. Heç zaman bunu ictimailəşdirməmişəm. Onun mənim üstümə gəlməyi Əli Həsənovun tapşırığı ilə olub. Əli Həsənovun tapşırığı ilə Rauf Arifoğlunun barəmdə yazmadığı böhtan qalmayıb. Amma Əli Həsənov işdən çıxarılan kimi onu ilk hədəfə alan da Rauf Arifoğlu olub”, - deyə Aslan İsmayılov vurğulayıb.
Hüquqşünas daha sonra deyib ki, Rauf Arifoğlunu 35 saylı Xətai üçüncü seçki dairəsində favorit sayılması barədə iddiaların heç bir əsası yoxdur: “Əgər onu favorit sayırlarsa, deməli, o dairədə yaşayanlar Azərbaycanda yaşamırlar. O bu barədə fon yaratmaq istəyir. Pulu, imkanı var, arxasında böyük güclər var və əminəm ki, həmin güclər onu deputat eləmək istəyirlər. Ona görə ki, Milli Məclisdə onların maraqlarına qulluq eləsin. Rauf Arifoğlu heç vaxt xalqa, vətənə qulluq etməyib. O, həmişə öz cibinə və bu ölkənin evini yıxan qruplara qulluq edib”.
Rauf Arifoğlunun müxalifətçi keçmişini xatırladan Aslan İsmayılov bildirib: “Onun bir məşhur video roliki var. Həmin vaxt da namizəd idi. Hökumətin əleyhinə nələr deyir. Medal alandan sonra isə hansı fikirlər səsləndirir. Özünə hörmət edən belə adama səs verər? Bu adamın keçdiyi yolu ictimailəşdirmək kifayətdir ki, cəmiyyət onun kim olduğunu bilsin. Onun keçdiyi yol başdan-ayağa kompramatdır”.
 Siam.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar