"Xankəndidə hələ Azərbaycan polisi olmayacaq... Bəzi məntəqələrə birgə nəzarət olacaq"- Müsahibə

24-09-2023, 09:05   


"2025-ci ilədək Azərbaycan hərbçiləri və polisləri Xankəndidə olmayacaq"

Bu sözləri Azadlıq Radiosunun İzahla buraxılışının qonağı olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

Fərid Şəfiyev İzahla proqramının buraxılışında jurnalist Ülviyyə Əsədzadə ilə Qarabağdakı son durumu müzakirə edib.

Şəfiyevin sözlərinə görə, Azərbaycan höküməti Qarabağ erməniləri ilə bağlı sosial-iqtisadi paket açıqlayacaq. Təhlilçi eyni zamanda kimlərin Azərbaycan vətəndaşlığına qəbul ediləcəyi ilə bağlı şərtlərin də müəyyənləşəcəyini deyir.

Onun sözlərinə görə, 2025-ci ilədək Azərbaycan hərbçiləri və polisləri Xankəndidə olmayacaq. Şəfiyev əlavə edib ki, son əməliyyatlardan sonra Azərbaycanın nəzarətinə keçən ərazilərdən başqa ermənilərin yaşadığı digər ərazilərdə təhlükəsizliyə rus sülhməramlıları nəzarət edəcək:

- Azərbaycan polisi Xankəndi şəhərində fəaliyyət göstərməyəcək? Orda Rusiya sülhməramlıları olacaq eləmi?
-Xankəndi şəhərində bəli.
-O zaman dəyişən nədir? Sadəcə erməni qüvvələri buraxılmış olacaq?
-Bəli. Buraxılmış olacaq və bir çox ərazilər bizim nəzarətimizdə olacaq.
-Yəni, hansı ərazilərə Azərbaycan nəzarət edəcək?
-Onu siz görəcəksiz bu günlərdə. Bəyan olunacaq ki, hansı məntəqələrə nəzarət olunacaq, hansı məntəqələrə birgə nəzarət olunacaq və s.
-Yəni, qarışıq model olacaq? Bir hissə Rusiya sülhməramlıları, bir hissə Azərbaycan...
- Bəli. Bu, bizim öhdəliyimizdir. 2025-ci ilə qədər Rusiya sülhməramlıları orda olacaqlar. Bizimçün ittihamlar var ki, soyqırım ola bilər və s. Bu da müəyyən dərəcədə təminatdır.



Fərid Şəfiyev mnistiya ilə bağlı şərtlər açıqlanacağını da qeyd edib. Şəfiyev Hikmət Hacıyevin açıqlamalarını xatırladaraq ötən illərdə Azərbaycana qarşı cinayətlərdə iştirakı olan bəzi şəxslər də amnistiyaya daxil ola biləcəyini bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.