İmişli rayon sakini, şəhid atası Sadıqov Nuru Şirməmməd oğlu Daxili İşlər naziri Vilayət Eyvazovdan kömək istəyir. Anaxeber.info məlumat verir ki, şəhid atası video müraciətində aldadıldığını bildirib.
Onun sözlərinə görə, Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Ruslan” marketin yaxınlığındakı ət satışı məntəqələrindən birinə mal-heyvan verib. Onun sözlərinə görə, Zaur adlı qəssab bunun qarşılığında 6900 manat ödəniş etməlidir. Şikayətçi deyir ki, qəssab bu ilin martından bəri pulu verməyi yubadaraq ödəniş etmir. Zaurun yanına getmələrinə baxmayaraq, pulu ödəmir. Buna səbəb kimi həmin heyvanları prokurorluq əməkdaşlarının aldığını, hələ də pulu vermədiklərini göstərib. Zaur deyib ki, prokurorluq işçilərindən həmin 6900 manatı ala bilmədiyi üçün borcu da qaytara bilmir.
Şikayətçi məsələ ilə əlaqədar Bakının Nizami rayonu, 25-ci polis şöbəsində ərizə yazıb. O, bu işin həllini xahiş edir.
Anaxeber.info