
Qusar İcra Hakimiyyətinin binasında ucaldılmış Azərbaycanın Dövlət Bayrağı endirilərək, yerinə Rusiya bayrağı sancılıb. Bu sensasiyalı məlumatı rayondakı mənbələr məlumat verib. Məlumatda deyilir ki, hadisə bir neçə gün bundan əvvəl baş verib. Rusiyanın bayrağının Qusar rayon İcra Hakimiyyətinin binasına kimin sancdığı və hansı məqsədlə asıldığı məlum deyil. Bayrağın gün boyu binanın üzərində qaldığı və yerli icra orqanlarının bununla bağlı hər hansı bir addım atmadığı bildirilir. JAM.AZ bildirir ki, İcra Hakimiyyətləri Azərbaycan Dövlətini təmsil edir və onun üzərində yalnız Azərbaycanın Dövlət Bayrağı asılmalıdır. Görünən odur ki, Ukrayna olaylarından sonra Rusiya əsas hədəf olaraq Azərbaycanı seçib. Və bu cür addımlarla varlığını sübut etməyə çalışır. Eyni zamanda, bu Qusar İcra Hakimiyyəti başçısının yerində olmaması anlamına gəlir.