Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Neftçalada əhali üsyan həddində

5-05-2014, 10:31   
Neftçalada əhali üsyan həddində
Torpaq şöbəsinin müdiri torpaqları satdığından iki qohumu bir birinə düşmən edib, əkin sahələrini itirdiyinə görə intihar edənlər var

Neftçala rayonunda əkin sahələri pula xatir məhv olur. Rayonun torpaq şöbəsinin müdiri Mustafa Əliyevin yarıtmaz fəaliyyəti və gəlir əldə etmək üçün müxtəlif vasitələrə baş vurmasa, həm camaatı torpaqsız qoyub, həm də qohumları bir birinə düşmən edib.

Neftçala ölkənin balıqçılıq təsərrüfatının əsas bazalarından biridir. Burada sovet dövründən təkcə Xəzərdən balıq tutmaqla deyil, həm də «damba»larda balıq saxlamaqla məşğul olublar. Amma sovet dönəmində belə «damba»ların sayı 2-3-dən artıq deyildi. Amma indi bütün əkin sahələri ləğv edilərək, onların yerində «damba» tikirlər və sayları da həddindən artıq çoxdur.

Rayondan gələn xəbərlərdə deyilir ki, rayondakı mövcud vətəgələrin əksəriyyəti qeyri-qanuni yaradılıb. Amma Torpaq şöbəsinin müdiri Mustafa Əliyev onların sahiblərinə «daşdan keçən sənəd» verib. Yəni, ona pul verib harada istəsən «damba» yaratmaq olar.

Neftçala rayonunun əraziləri əsasən qrunt sularının təsirinə məruz qaldığından şoranlaşmağa meyillidir. Süni göllərin yaradılması isə onun yaxınlığındakı əkin sahələrinin münbitliyini azaldır və bununla da məhsuldarlığı sıradan çıxarır. Nəticədə isə həmin göllərin sahibləri ilə yerli sakinlər arasında ciddi münaqişələr yaşanır.

Gələn xəbərlərdə deyilir ki, hətta bu münaqişələr silahlı toqquşmalara və hücumlara da səbəb olur. Elə yayımladığımız fotodan da aydın görünür ki, tərəflər bir-birlərinə silah çəkiblər. O da deyilir ki, çəkdiyi xərcin hədər getməsi səbəbindən xeyli borca düşən bəziləri intihar belə edib.

Həmin vəziyyətlə əlaqədar maraqlı bir məlumatı diqqətinizə çatdıraq. Məlumatlarda deyilir ki, Mustafa Əliyevin səpdiyi nifaq toxumu Nefçala rayonunun “Xanqışlaq” ərazisində yaşayan Lerik sakinləri arasında düşmənçilik “cücərdib”. Qeyd olunan ərazinin hüdudları təxminən 19 min hektardır. Bunun 5 600 hektarında Lerik sakinlərinə məxsus müxtəlif iri qoyunçuluq təsərrüfatı mövcuddur. Bu torpaqlar dövlət fonduna aid otlaq yerləri olsa da, elə həmin sakinlər tərfindən Mustafa müəllimin xeyir-duası ilə əkin yeri kimi istifadə olunur.

Bu torpaqlardan əldə olunan gəlir kifayət qədər böyük olduğundan, hətta qohum olanlar da artıq iki dəstəyə bölünüblər. Bu dəstələrdən birinə Xanoğlan Orucov başçılıq edir ki, onu Lerik rayon icra hakimiyyətinin başçsı Rövşən Bağrov himayə edir. Deyilənə görə, başçının da heyvanları burada saxlanılır. Dəstənin nəzarətində təxminən 25 min doğar qoyunu var.

İkinci dəstəyə Arif Əlirzayevin başçlıq etdiyi deyilir. Onun 37 min qoyun saxlanılan təsərrüfatına “krişalıq” edənlər heç də “balaca” adamlar deyil. Bu şəxslərin adları bizə məlum olsa da, müəyyən dəqiqləşmədən sonra onları ictimaiyyətə açıqlayacağıq.

Qeyd edək ki, bu iki dəstə arasında çəkişmə getsə də, davasını apardıqları torpaq əslində heç onlara da məxsus deyil. Yəni, Neftçala rayonunun ərazisində olmaqla dövlət mülkiyyətindədir. Sadəcə, rayon torpaq şöbəsinin müdiri xəlvəti olaraq bu torpaqları sənədsiz olaraq icarəyə verib, buna görə hər il 500 min manatdan yuxarı qazanc əldə edir.

Hazırda həmin sahələrdə dəmyə arpa əkilib. Mustafa Əliyev bəyan edib ki, biçindən sonra torpaqların bölgüsünə yenidən baxlacaq. Məqsəd də onun qulluğunda daha yaxşı duranlara əlavə torpaqlar verməkdir.

Kiməsə yeni sahənin ayrılması digərləinin əlindən alınması sayəsində baş verdiyindən, hər il dava-dalaş düşür, insanlar xəsarət alır. Hətta belə hadisələrlə bağlı rayon prokurorluğunda cinayət işi var və araşdırma gedir.

Deyilənlərlə əlaqdər həmin kənddə məktəb direktoru olan Baloğlan Orucov torpaq şöbəsinin müdiri haqda çox ciddi ittihamlar irəli sürür. Onun sözlərinə görə, Neftçala rayonu ərazisində 10 min hektardan çox dövlət fonduna aid torpaq sahəsi qanunsuz olaraq əkilir və istifadə edilir.

Bununla bağlı heç kəs tədbir görə bilmir və yaxud da görmək istəmir. Səbəb isə ortada külli miqdarda qanunsuz qazancın olmağıdır. Bu qazancın bir hissəsi ilə Mustaf Əliyev mərkəzi icra hakimiyyəti orqanlarına göndərilən şikayətləri, polis və prokurorluq orqanlarındakı araşdırmaları “öldürür”..
[media=http://www.youtube.com/watch?v=_ZHER2ec6jk]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar