
APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu, Xətai prospektindəki "Şərq bazarı"nın yaxınlığında qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Rzayi Emil Sülfi mübahisə zəminində hələlik kimliyi məlum olmayan şəxs tərəfindən tüfənglə güllələnib. Yaralı dərhal təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ayağından yaralanan 21 yaşlı gənc əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik orta ağırdır.
Hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polisdən verilən məlumata görə, 21 yaşlı Rzayi Emil Sülfinin kim tərəfindən, hansı səbəbdən güllələndiyi aparılan araşdırmalardan sonra məlum olacaq.