Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Sabirabad rəhbəri oğlunun villasını “sildirir” – Foto

19-04-2016, 20:51   

Sabirabadın icra başçısı oğluna villa tikdirməsi haqda xəbərləri sildirir.

Vizual.az xəbər verir ki, Nazim İsmayılov Göyçaydakı Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli imarətin təməlini qoydurması barədə yayılan informasiya və fotoları yığışdırmaq üçün çırmanıb.

Təkzib mətni yaydırmaq

Eyni zamanda icra başçısının oğlu Anar İsmayılov da hərəkətə keçib və bəzi xəbər portallarında təkzib mətni yayımlanır. Amma villa tikintisini təsdiqləyən fotoların mediada tirajlanması İsmayılovları fakt qarşısında qoyub. (Linki BURADA)

Şək-şübhəsiz ki, icra başçısı bu xəbəri təsdiqləməzdi. Halbuki, hər bir valideynin övladına mülk tikib qoyması təbii hadisədir. Amma iş məmur və vəzifəli şəxsdən gedirsə açıq suallar qalır. Çünki biznesmen yaxud maliyyə imkanları olan bir ata oğluna başqa rayonda malikanə tikdirsəydi, normal qarşılanardı.

Biznes fəaliyyəti qadağan olunan icra başçısının isə hansı vəsaitlə saray ucaltması qaranlıq qalır. Dövlət məmurunun maaşı isə villa tikməyə yetməz. Hətta deputat Hadı Rəcəbli bir müddət əvvəl çıxışında maaşının ona çatmadığını söyləmişdi. Bu halda məmurun villa tikdirməsinə xərclənən vəsaitin hardan qaynaqlanması sual doğurur.



Təcili sənədləşmə

Azfakt.com yazır ki, N.İsmayılov və oğlu bu xəbərlərdən çox ciddi şəkildə narahat olub. Məhz buna görə icra başçısı oğlunu məcbur edib ki, açıqlama versin və yayılan xəbərlərdə adının hallanmasının qarşısını alsın.

Bundan başqa, mətbuatın diqqət mərkəzinə düşən başçı villanın yerləşdiyi ərazini oğlunun adından çıxararaq başqasının adına sənədləşdirib. Məlumata görə, icra başçısının oğlu üçün tikdirdiyi imarətin toprağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun (AST Telman) ata yurdunun yerləşdiyi torpaq olub.(Link BURADA)


Ərazini başqa bir şəxs İsmayılovlardan aldıqdan sonra oradakı köhnə evi uçurub. Daha sonra isə baha qiymətə Nazim İsmayılovun oğluna və digər bir şəxsə satıb. Məlumatlı şəxs iddia edir ki, Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsinə 70 min manata alıb.

İsmayılovun "Çinar”ı

Göyçayda ən bahalı ərazi məhz Gənclər Mərkəzinin arxası hesab olunur. Bildirək ki, Sabirabad icra başçısının Göyçayda mal-mülkləri, obyekləri var. Bu obyektlərdən böyüyü rayonun Heydər Əliyev prospekti 88-də yerləşən "Çinar” mehmanxanası, "Çinar” şadlıq evi və ətrafındakı bir neçə obyektdir. "Çinar” oteli müasir standartlara cavab verən lüks obyektdir.

Qeyd edək ki, prezidenti İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib, təvazökar həyat tərzi yaşamağa çağırıb, dəbdəbəli toy məclisləri təşkil etməməyi, yerli istehsal olan maşınlardan istifadəni məsləhət görüb, məmur balalarının qudurğanlığı ilə bağlı sərt bəyantlar verib.

Məlumatlara görə, indi də icra başçısı saytların bəzilərinə təkzib mətni göndərir və villanı mətbuatda qəhətə çıxarır. Bununla belə, qeyri-müəyyən qalan bu vəziyyətlə bağlı Vizual.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sabirabad rəhbəri oğlunun villasını “sildirir” – Foto

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar