Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İlham Əliyev komandasını yeniləyir: Ölkədə yeni kadr rotasiyaları

10-05-2016, 20:44   


Qarabağdakı gərginlik kadr islahatlarını bir qədər arxa plana keçirdi. Bu baxımdan, siyasi hakimiyyətin yenidən iqtisadi və siyasi islahatlara başlaması, struktur dəyişikliyinin həyata keçirilməsinin yeni mərhələsinin başlayacağını ehtimal edə bilərik. Azərbaycana konkret islahatlar lazımdır.

Bu baxımdan, qarşıdakı mərhələdə bələdiyyələrin səlahiyyətlərinin artırılması, icra strukturunun iştahasının azaldılması, elektron hökumətin formalaşdırılması kimi proseslərin yenidən aktuallıq kəsb etdiyini söyləyə bilərik. Təbii ki, adıçəkilən islahatları həyata keçirə bilməkdən ötrü ölkə daxilində gərginliyin azaldılması vacib elementlərdəndir. Qarabağda gərginliyin yaşandığı bir zamanda belə islahatlara getmək risk tələb edir. Lakin islahatlara kompleks şəkildə yanaşılması, bütövlükdə bütün sahələr üzrə islahatların aparılmasının zamanı çoxdan çatıb. İlk növbədə islahatlara əngəl olan məmurların cəzalandırılması lazım gəlir. Lakin məmurların cəzalandırılması yalnız etimad limitinin bitməsi ilə bağlı deyil. Siyasi elita islahatları sabotaj edən məmurları da cəzalandırır. Öncələr də vurğuladığımız kimi, ABŞ-ın Suriya üçün hazırladığı “Əsədsiz Suriya” modelinə bənzər bir layihə müzakirə predmetinə çevrilib. Yəni vaxtilə gündəmə gətirilən “prezident yaxşıdır, ətrafı pisdir” tezisinin əks variantı işə düşə bilər - mövcud komanda qalır, dövlət başçısına namizəd isə dəyişir.

Məhz bu mövzuda danışıqların aparılması İlham Əliyevə komandasını dəyişməyə impuls verə bilər. Bir sözlə, dövlət başçısı komandasını əsaslı dərəcədə dəyişmək niyyətini gizlətmir. Bununla da, ölkə rəhbəri hər kəsə belə bir mesaj verilmiş olur - korrupsiyaya uğramış məmurlar ölkə liderinin qara siyahısındadırlar, islahatlar davam edəcək, lakin dünyanın güc mərkəzləri Qarabağ münaqişəsini həll etməkdə daha fəal iştirak etməlidirlər. Qarabağ danışıqlarının nəticəsindən asılı olmayaraq, istənilən halda İlham Əliyev iqtisadi və demokratik islahatlar aparılacağını açıqlayır.

Ehtimal etmək olar ki, 2018-ci il seçkilərinə qədər mövcud məmurların önəmli bir hissəsi öz postları ilə vidalaşmalı olacaqlar. İctimai rəydə iflasa uğrayan, korrupsiya simvolu kimi tanınan məmurların işdən azad olunmasında ilk növbədə hakimiyyət özü maraqlıdır. Qeyd edək ki, yaxın mərhələdə qədər məmurlara “yerlərinin göstərilməsi” ölkə rəhbərinə siyasi dividentlər qazandıra bilər.
Daha bir maraqlı məqam var. Azərbaycan cəmiyyəti vaxtilə kadr siyasəti zamanı prioritet sayılan regionçuluq amilindən xilas olmağa başlayıb. Əslində, son kadr siyasətinin də fəlsəfəsi bundan ibarətdir - irəli çəkilən kadrların gənc və müxtəlif bölgələrin təmsilçilərindən ibarət olması yeni mərhələnin başlandığını göstərir.

Ehtimal etmək olar ki, yaxın zamanlarda bir sıra rayon icra hakimiyyətləri başçıları da postlarını itirəcəklər. İstisna deyil ki, hansı rayonlarda hökumətin dayaqları zəifdirsə, orada icra başçısı hakimiyyətin planına uyğun fəaliyyət göstərə bilmirsə, onlar dəyişdiriləcək. Lakin bununla kadr rotasiyaları yekunlaşa bilməz. Dəyişikliyin iriçaplı məmur korpusunu əhatə edəcəyi ehtimalı xeyli dərəcədə böyükdür. Bir sözlə, ölkədə yeni kadr rotasiyaları qaçılmaz görünür...

Avropa.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar