Qobustan Həbsxanasında ömürlük məhkumlara işgəncə verməkdə, onları hədə-qorxu altında saxlanılmaqda davam edir. Bu işgəncələrin başında həbsxana rəisi Fikrət Qafarov dayanır. Son illər bu həbsxanada işgəncə
faktları xeyli azalmışdı, hətta Pentensiar Xidmətə Mədət Quliyev rəhbər gətiriləndən sonra işgəncə faktları
tamami ilə aradan qaldırlımışdı. Mədət Quliyevin dövründə həbsxanada müəmmalı ölümləri sayı azalmışdı.
Mədət Quliyevin ilk sərəncamlarından biri də həbsxanaya rəhbərlik edən Kazım Kazımovu vəzifəsindən
kənarlaşdırmaq olmuşdu.
Hətta onun qanunsuz əməlləri ilə bağlı xidməti yoxlama aparılmağa başlanılmışdı. Bu yoxlamaların nəticəsi
olaraq Qobustan Həbsxanasında qanunsuz əməllərə yol verən vəzifəli şəxslər öz vəzifəsindən
kənarlaşdırılmışdı.
Amma son bir ilə yaxın müddətdə həbsxanada həyəcanlı xəbərlər gəlməkdə davam edir. Ömürlük
məhkumlara işgəncə verilməsi halları artıb, həbsxanada müəmmalı ölüm halları artmağa başlayıb.
Mayın 12-də redaksiyamıza Qobustan həbsxanası ilə bağlı həyəcanlı xəbərlər gəldi. Həbsxana rəisinin sifarişi
ilə ömürlük azadlıqdan məhrum olunan Şakir Ramazanova dəhşətli işgəncə verilməsi faktı ortaya çıxıb.
Bununla bağlı ömürlük məhkumun anası, ömürlük məhkumların hüquqlarının müdafiə komitəsinin rəhbəri
Müslümat Rzaxanova ilə əlaqə saxladıq. Müslümat Rzaxanova bildirib ki, Qobustan
Həbsxanasının rəisi Fikrən Qafarov dövlətimizin “Həbs yerlərində şəxslərin hüquq və azadlıqlarının təmin
edilməsi haqqında” dövlət başçısını 20 iyun 2014-cü il tarixlşi təsdiq etdiyi qanunu tanımaq istəmir: “Fikrət
Qafarov məhbuslara qarşı qəddar davranışlarını arxayınlıqla davam etdirir. Mətbuat vasitəsi ilə məhkumlara
qarşı töərədilən qəddarlıqla bağlı dövlət başçıısına müraciət etməyə məcburam. Həbsxanada zəruriyyət
yarandığı və təcili ehtiyacı olan xəstə məhbusların müalicə müəssisəsinə getməsini, həkim yox, məhz
həkimlərin səlahiyyətlərini mənimsəyən həbsxana rəisi tərəfindən icazə verilir. Bu icazəni rəisdən hər məhbus
ala bilmir. Həbsxana rəisi özünün “lazım bildiyi” məhbusa icazə verir, təcili tibbi yardıma ehtiyacı olan
məhbusa isə icazə vermir”.
“Oğlum karsda 9 gün aclıq keçirib”
Müslümat Rzaxanova qeyd edib ki, uzun müddətdir həbsxana rəisi ömürlük cəza çəkən Şakir Rzaxanova qarşı
qəddarlıqlarını davam etdirir: “Buna səbəb isə həbsxana rəiisinin məhbuslara qarşı qəddarlıqları, həbsxanada
baş alıb gedən özbaşınalıqlar, kobud qanun pozuntuları, məhbusların şəxsən rəisin iştirakı ilə işgəncələr
verməsi barədə əlaqədar rəhbərliklərə və dövlət başçısına müraciət etmək istəməsidir. Həbsxana rəisi bütün
müraciətləri, kobud qanun pozuntuları ilə ancaq açıq zərfdə qəbul edir, senzuradan keçirir və ünvanına
göndərmir. Nəticədə isə həmin məhbus işgəncələrə məruz qalır. Belə məhbuslardan biri də Şakir
Rzaxanovdur”.
Komitə sədrinin sözlərinə görə, 27 aprel tarixdə həbsxanada məhbusların rengen müayinəsi üçün gələn
həkim briqadası bütün məhbusları müayinə etməli imiş: “Şakir həkimə yaxınlaşaraq dişlərinin müalicəsi
problemi ilə xəstəxanaya gedəcəyini və orada bütün müayinələrin mütləq olduğu üçün rengen müayinəsini 2
dəfə keçməli, bu da onun səhhətinə təsir edəcəyini bildirib. Həkim Şakirə “problem deyil, şəxsi hüququndur,
necə istəyirsən”, - deyə razılıq verib. Bu zaman həbsxana rəisi təhqiramiz surətdə Şakiri
“qandallayıb aparın karsa” əmrini verərək ona səbəbini bildirmədən 10 gün cəza verib. Bu da rəisi
sakitləşdirməyib, Şakirə verilməli gündəlik qidalara da məhdudiyyət qoyub. Bu səbəbdən karsda 8 gün aclıq
keçirib ki, həbsxana rəisi onu qəbul edib. Nəinki rəis, onu hər an təhqir və təzyiqlərə məruz qoyan rəis
müavini Tahir Yusifov onu qəbul etməyib. Çox ağır mədə ağrılarından əziyyət çəkən Şakir 9-cu gün qida
qəbul etmək məcburiyyətində qalıb. 10 gündən sonra da Şakiri hər hansı həbsxana rəhbərliyi qəbul etməyib,
onun hansı səbəbdəb həyatı üçün vacib səndlərini belə saxtakarlıqlarla yararsız hala salınmasının səbəbi
barədə onun sualına cavab verən olmayıb”.
“Həbsxana rəisi məhkumdan 5 manat tələb edir”
Müslümat Rzaxanova bildirib ki, 20 ildir həbsxanadan hər hansı məhbusun etibarnaməsində imzasını, notariat
qaydasında həbsxana rəisləri təsdiq edib və məhbusdan hər hansı pul məbləği tələb olunmayıb: “Hazırda
həbsxana rəisi 1997-ci ildən ardıcıllıqla mənə verilən etibarnaməsində oğlum Şakirin imzasını təsdiq etmək
üçün heç vaxt pul ödənilməyib, bizdən tələb etməyiblər. İndi Fikrət Qafarov ondan 5 manat pul ödəməsini
tələb edib, Şakirdə bu məbləğ olmadığına görə etibarnaməsində onun imzasını təsdiq edib göndərmir. Əgər
belə bir qanun qəbul edilibsə, bu məbləği məhbusdan tələb etməmişdənbu haqda məlumat vermək lazım idi.
Qobustan Həbsxanasının rəisi əvvəl işlədiyi cəzaçəkmə müəssisələrində məhbuslara qarşı qəddarlıqlarına
görə aksiyalar keçirmişdşlər, damlara çıxıb etirazlarını bildirmişdilər. Adını “bunt” qoydular. Nəticədə Firkət
Qafarov yox, məhbuslar işgəncələrlə cəzalandırıldılar. İndi də Qobustanda məhbuslara divan tutur. Məhbus
anaları tərəfindən Qobustan Həbsxanasında son zamanlar az qala hər gün məhbus ölümü baş verməsindən
narahatıq. Bu ölümlərin səbəbi Fikrət Qafarovun saxlama şəraitini dövlət qanunları ilə yox, öz qəddar şəxsi
metodları ilə yaradıb. Bu qəddarlıqların qarşısının alınmasına kömək etməsini prezdent İlham Əliyevdən
mətbuat vasitəsi ilə yinizi xahiş edirik”.
“Məhbuslara hədə-qorxu gəlirlər”
Bu arada daha bir ömürlük məhkuma işgəncə verilməsi faktı ilə bağlı müvafiq qurumlara müraciət edilib.
Qobustan Həbsxanasına cəza çəkən ömürlük məhkum Ceyhun Qəribovun qardaşı Taleh Qəribov həbsxanada
qardaşına qarşı edilən haqsızlıqla bağlı prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Ombudsman
Elmira Süleymanovaya müraciət edib. Ömürlük məhkum müraciətinin bir nüsxəsini də redaksiyamıza
göndərib.
Taleh Qəribov müraciətində qeyd edib ki, illərdir Qobustan Həbsxanasında məhbusların saxlanma şəraitinin
son dərəcə dözülməz olub, məhbuslara qarşı qeyri-insani münasibət, məhbusların daim işgəncələrə məruz
qalması barədə məlumat verərək, bu qəddarlıqların qarşısının alınması ilə əlaqədar müraciətlərə
respublikamızda münasibət bildirən olmadı: “Bu səbəbdən məsuliyyətsizliyə arxalanan həbsxana rəisi
məhbuslarla hədə-qorxu, ancaq dubinka ilə danışaraq, qolu qandallı qul vəziyyətində saxladığı barədə hətta
mətbuatda məlumat yayılıb. Belə məhbuslardan biri ömürlük cəza çəkən qardaşım Qəribov Ceyhun Əhəd
oğludur”.
“Müracətimiz araşdırılması üçün həbsxana rəisinə göndərilir”
Məhkum qardaşının sözlərinə görə, Ceyhun həbsxana rəhbərliyi tərəfindən mənəvi və fiziki işgəncələrə məruz
qalaraq, hər an həyatına təhlükə yaradılıb: “Buna səbəb hesab edirəm ki, həm imkansızlığımız, həmdə
kiminsə sifarişlə həyata keçirilir. Çünki, illərlə davam edən, qardaşımın həyatına yaradılmış təhlükənin
qarşısının alınması üçün respublikamısın bütün əlaqədar nazirlik və idarələrə müraciət etsəm də, baxan
olmadı. Şikayətlərimiz futbol topu kimi bir-birinə ötürülür, sonda ondan şikayət etdiyimiz həbsxana rəisinə
“araşdırılaraq ərizəçiyə cavab verilməsi üçün” göndərilir. Nəticədə həbsxanada illərlə məhbuslara qarşı
qəddarlığı, işgəncələrilə məşhur olan Adil Şirməmmədovun “öhdəsinə” verilir. Bütün bu hallar barədə eyni
zamanda bir başa aidiyyəti olan insan haqları üzrə
müvəkkil xanım Elmira Süleymanovaya, baş prokurora müraciət etmişdim. Lakin müraciətimə həbsxana rəisi
tərəfindən tərtib edilmiş saxta, cavablarda “qardaşıma qarşı hər hansı qanunzidd hərəkətə yol verilmədiyi”
bildirilirdi”.
Ömürlük məhkumun qardaşı müraciətində daha sonra qeyd edib: “Halbuki, bu cavabları alanda, qardaşımın
zorakıliqla, qəsdən köçürüldüyü kamerada onunla düşmən münasibətdə olan Qüdrət adlı məhbus tərərfindən
bədən xəsarəti almışdı və aldığı bədən xəsarətləri hələ sağalmamışdı. Bu barədə baş prokurora göndərdiyim
təkrar şikayətim, araşdırılması üçün Ədliyyə Nazirliyinə göndərmişdi. Lakin bu günə kimi nazirlikdən mənim
şikayətimə münasibət bildirilmədi. Məhz bunun nəticəsidir ki, oktyabr ayında qardaşım həbsxna rəisinin
qəbuluna gəlib, kamerasını dəyişməsini xahiş etdik, həbsxana rəisi Fikrət Qafarov dubinka ilə qardaşımın
başına zərbələr endirib , oradan çıxararaq karsa aparılıb və orada da Adil Şirməmmədov tərəfindən
amansızcasına döyülüb, cəzalandırılıb. Bu barədə əlaqədar rəhbərliklərə təkrar şikayətim ilə əlaqədar
Penitensiar Xidmətin təhqiqat şöbəsinə çağırılmışdım və orada bu barədə ətraflı izahat da yazmışdım. Aldığım
cavabdan sarsıldım. Bu şikayətimə də qardaşıma qarşı hər hansı qanunazidd hərəkətin olmadığı bildirilir”.
“Prezdentdən kömək istəyirik”
Taleh Qəribov müraciətində prezident İlham Əliyevdən dövlətimizin ali qanunlarına hər birimiz hörmətlə
yanaşdığını qeyd edib: “Mənim qardaşım qanuna müvafiq qaydada cəzasını çəkmək üçün həbsxanada
dözülməz şəraitdə saxlanılır. Həbsxana rəisinin qəbuluna yazılaraq qəbula getmiş qardaşım, onun saxlandığı
kamerasının dəyişməsini xahiş edəcəkdi. Fikrən Qafarov qardaşımı dinləmək əvəzinə, “onu narahat etdiyinə
görə” şəxsən özü dubinka ilə qardaşımın başına zərbələr endirərək döyüb, təhqir edib, kabinetindən
çıxardırılaraq, əlləri arxadan qandallanıbvə Adil Şirməmmədov karsa aparıb. Orada qartdaşıma amansız
işgəncələrə məruz qoyaraq cəzalandırılıb. Bu
barədə şikayətimə də “qardaşıma qarşı hər hansı qanunazidd hərəkətə yol verilmədiyi” barədə cavab
almışam”.
Taleh Qəribovun sözlərinə görə, baş prokuror Zakir Qaralova ünvanladığı şikayətim araşdırılması üçün
Ədliyyə Nazirliyinə göndərilir: “Ombudsmana şikayətim Penitensiar Xidməti İdarəsinə göndərilir, oradan
həbsxanaya araşdırılması üçün göndərilir. Şikayətimin nəticəsi isə həbsxana rəisinin qardaşıma öz
kabinetində şəxsən dubinka ilə başına zərbələr endirərək, karsa aparıb, orada amansız işgəncələr verməklə,
saxta cavablar tərtib edilərək şikayətimi cavablandırır. Möhtərəm prezident, həbsxana rəisi tərəfindən
qardaşıma qarşı davam edən bu saxlanma şərait onun həyatına qəsdən yaradılmış real təhlükədir. Sizdən
xahiş edirəm ki, bu təhlükənin qarşısının alınması üçün ədalətlə, qanun çərçivəsində araşdırılıb tədbir
görülməsi üçün əlaqədar rəhbərliklərə göstəriş verəsiniz”.
“Qardaşımın həyatına təhlükə var”
Taleh Qəribov əlavə edib ki, Qobustan Həbsxanasında uzun müddətdir ömürlük cəza çəkən qardaşı Ceyhun
Qəribovun saxlanma şəraitində dözülməz qəddarlıqlara məruz qalması ilə əlaqədar baş prokuror Zakir
Qaralova müraciət edib: “Qardaşımın həyatına yaradılmış təhlükənin qarşısının alınmasına baş prtokurordan
kömək istəmişdim. Eyni zamanda eyni məzmunlu müraciət ilə insan haqları üzrə müvəkkil xanım Elmira
Süleymanovaya da mraciət etmişdim. Lakin müraciətimə aldığım cavablar məni bir daha baş prokurora
müraciət etməyə məcbur edib. Cənab baş prokuror, sizə göndərdiyim müraciətimin araşdırılması üçün
Ədliyyə Nazirliyinə göndərildiyi barədə Baş Prokurorluqdan cavab aldım. Lakin bu günə kimi nazirlikdən
qardaşımın vəziyyəti ilə maraqlanan olmayıb. Müraciətimə İnsan haqları üzrə müvəkkil Elmira xanım
Süleymanovadan aldığım cavabda qeyd olunub ki, ərizəmi araşdırılıb, onlara cavab verilməsi tələbi ilə
Penitensiar Xidməti rəisinə göndərildiyi bildirilib. Penitensiar Xidmətindən aldığım cavabda isə
şikayətim guya aradırılaraq, qardaşıma qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilmədiyini, müəyyan
etdiklərini bildirirlər”.
Taleh Qəribov bildirib ki, ömürlük cəza çəkən qardaşı Ceyhun Qəribovla telefon danışığından sonra məyyus
qalıb: “Qardaşımla telefon danışığı zaman məlum oldu ki, müraciətimlə əlaqədar istər Ədliyyə Nazirliyindən,
Penitensiar Xidmətindən, istərsə də Ombudsmanın hər hansı nümayəndəsi onunla maraqlanmayıb. Lakin
Penitensir Xidmətindən aldığım cavab həbsxanada məhbusların, eyni zamanda üzərində xəsarətləri olan
qardaşımın saxlanma şəraitinin dözülməz həddə olduğunu bir daha təsdiq edir. Bu səbəbdən Sizə müraciət
etməyə məcbur olmuşdum. Cənab baş prokuror, xahiş edirəm ki, qardaşıma qarşı hazırda davam edən
dözülməz saxlanma şəraitini, işgəncələrlə aldığı bədən xəsarətini belə təkzib edən Penitensiar Xidməti
tərəfindən aldığım cavaba münasibətinizi bildirib, qardaşımın həyatına yaradılmış real təhlükənin qarşısını almağa kömək edəsiniz”.