Neftçala rayonunu İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini Mustafa Əliyevin Neftçala rayonunun DTXK-nın müduri işlədiyi müddətdə qanunsuz əməlləri barədə müntəzəm olaraq mətbuat səhifələrində araşdırma yazılar yazılmaqdadır.Bu dəfə teref.info xəbər portalının elektron ünvanına gəlmiş şikayət məktubunda Mustafa Əliyevin vəzifəsindən süi-istifadə etməyi haqda geniş məlumat verilir.
Şikayətçi yazır:
“Neftçala rayonunun icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini Əliyev Mustafa Neftçala rayonunda at oynadır. Musatafa Əliyevin mülklərinın siyahısının bir qismini təqdim edirik. 250 kv dəbdəbəli çay evi, rayonda 3 bağ evi, Bakı şəhərində 2 ev, öz adına olmayan 1000 ha əkin üçün torpaq sahələri. Neftçala rayonunda yayılan məlumatlara əsasən Mustafa Əliyev keçən il əkin sahələrindən 480 min manat pul əldə edib.Musatafa Əliyevdən Neftçala rayonunun DTXK-nın müdürü işlədiyi müddətdə Cənab prezident İlham Əliyevə Neftçala rayonunun vətəndaşları tərəfindən 100-lərlə şikayət məktubu yolanılıb. Lakin DTXK-a ləğv olunandan sonra söz söhbət dolaşdı ki, Mustafa Əliyev həbs olunacaq. Deyilənlərin tam əksinə Mustafa Əliyev Neftçala rayonunun icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini olundu.
Cənab prezident İlham Əliyevin 2007 ci il fərmanına əsasən, bələdiyyələr 2007 ci il dekabrın 1 dən etibarən bələdiyyələr hər hansı bir torpaq sahəsin vətəndaşlara dövlət reystrı tərəfindən bələdiyyənin adına həmən torpağa texpasport və çıxarış aldıqdan sonra vətəndaşlara icarəyə və mülkiyyətə verə bilər.Vətəndaş həmən ərazidə 5 ildən çox qeydiyyatda olubsa, həyat yanı torpaq sahəsini hərracla və müsabiqədən kənar sata bilər.
Daha sonra şikayətçi yazır, lakin Mustafa Əliyev torpaq şöbəsinin Neftçala rayon şöbəsinin müdürü işlədiyi müddətdə belə qanunsuz sənədləri vətəndaşları aldadaraq10 larla saxta sənəd Neftçala rayon sakinilərinə verib.
Necə olur ki, Mustafa Əliyev işlədiyi müddətdə cənab prezident İlham Əliyevin Fərmanını heçə sayaraq Neftçala rayon sakini Sadıqov Etibar Məmməd oğluna qanunsuz birbaşa vətəndaşın adına saxta torpaq sahəsi verib
Vətəndaşlar bunu biləndə Mustafa Əliyev bunun qarşısını başqa yollarla alır. Qanunsuz saxta sənədləri sizə göndəririk.
Mustafa Əliyevin özünə məxsus çay evi yoxlanılsa çay evinin sənədləri başdan ayağa qanunsuz tikili olduğu ortaya çıxar.
“Nia.az olaraq, Mustafa Əliyevin bu kimi saxta əməlləri barəsində redaksiyaya gələn şikayətləri toplayıb növbəti günlərdə geniş araşdırma yazımız dərc olunacaq.
Bizi izləyin…
Qarşı tərəfə də söz haqqı tanıyırıq.