"Formula-1"dən sonra Qarabağda müharibə ANONSU

2-06-2016, 16:33   
"Formula-1"dən sonra Qarabağda müharibə ANONSU
"Formula-1"dən sonra Qarabağda müharibə"Qarabağda müharibənin yeni mərhələsi"Formula-1”dən sonra başlaya bilər”
Bu sözləri açıqlamasında politoloq Zərdüşt Əlizadə erməni ekspertlərinin Qarabağda "qısa müddətli müharibə olacaq” praqnozlarına münasibət bildirərkən deyib. Zərdüşt Əlizadənin sözlərinə görə, Qarabağda müharibənin vaxtı Azərbaycanda keçirilən hər hansı bir tədbirlə bağlı deyil: "Bu Ermənistan hökümətinin Qarabağ məsləsinin həllindəki realist mövqeyindən asılı olacaq. Ermənistan höküməti Qarabağ məsləsindəəsla müstəqil deyil. Onlar Rusiyadan asılı ölkədir. Ermənistan Rusiyanın diqtəsini həyata keçirir. Əgər Şimal qonşumuz qərara alsa ki, müharibənin yeni mərhələsi olmasın, onda Ermənistan məslənin güzəştli həllinə razı olacaq. Əks tədqirdə Ermənistan kölə kimi indiki mövqeyində duracaq. Azərbaycana bildirəcək ki, "Mən qalib gəlmişəm, sən mənim qələbəmi vəöz məğlubiyyətini hüquqi cəhətdən etiraf et” Politoloq bildirb ki, Ermənistan bu mövqedə qalsa, müharibənin yeni mərhələsi"Formula-1”dən sonra başlaya bilər: "Azərbaycan hərbi əməliyyatlarla Ermənistana anlatmalıdır ki, öz qeyri-konstruktiv mövqeyindən vaz keçib, bizim ərazi bütövlüyümüzü tanısın. Biz dəəvəzindəermənilərə Qarabağda yaşamaq və təhlükəsizlik təminatı verərik. Qarabağ mövzusunda Azərbaycanın mövqeyi anlaşılan və konkretdir. Torpaqlarımız qaytarsınlar, biz dəyaşamalarına təminat verək”(qaynarinfo.az)


Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar