Azərbaycana qarşı təhdidə son qoyunABŞ-ın Azərbaycandakı səfirliyi Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın ölkəsinin nüvə silahına və başlıqlarına malik olması və bununla Azərbaycanı hədələyən bəyanatlar verməsinə münasibət bildirib
ABŞ-ın Azərbaycandakı səfirliyi publika.az-ın sorğusuna cavabında erməni tərəfinin sözügedən bəyanatdan məlumatlı olduqlarını bildirərək, bunları diqqətə çatdırıb: "Biz bununla bağlı Gürcüstanda baş verən son həbsləri bilirik. Prezident Barak Obama və digər dövlət liderləri Nüvə Təhlükəsizliyi Sammitində də bəyan ediblər ki, nüvə və radioaktiv materialların qarşısının alınması dünyada terrorizmin kökünün kəsilməsinin mühüm elementidir. Dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları öz tərəfdaşlarını nüvə təhdidlərinə son verməyə, nüvəvə radioaktiv maddələrin qaçaqmalçılığının və daşınmasının qarşısını almağa və bu istiqamətdə səyləri daha da gücləndirməyəçağırır”.
Səfirlik Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları pozmaq cəhdləri barədə sualımıza belə cavab verib: "ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bizim mövqeyimiz əvvəlki kimi qalır. Hesab edirik ki, tərəflər atəşkəsə ciddi riayət etməli və münaqişənin hərtərəfli sülh yolu ilə həllinənail olmaq üçün danışıqlar yolunu seçməlidirlər. Bu münaqişənin hərbi yolla həlli yoxdur”.
Xatırladaq ki, son vaxtlar nüvəmateriallarını satmağa cəhd edən bir neçə Ermənistan vətəndaşının Gürcüstanda həbs edilməsi düşmən ölkənin nüvə təhdidləri iləbağlı narahatlıqları daha da artırıb. İstanbulda keçirilən Qlobal Humanitar Forumdakı çıxışında Prezident İlham Əliyev də beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın nüvə təhdidlərinə yönəldib və bu məsələni araşdırmağa, Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb.
Politika.Az