Nazirdən işsizlərəCənub Qaz Dəhlizi (SGC) layihəsinin icrası çərçivəsində30 min yeni iş yerinin yaradılması gözlənilir ki, bunun da 10 mini Azərbaycanda açılacaq
Politika.Az xəbər verir ki, bunu Bakıda keçirilən Caspian Oil Gas-2016 konfransında çıxışında edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
N.Əliyevin sözlərinə görə, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin 10%-i artıq yekunlaşıb: "TANAP layihəsinin ümumi dəyəri 9,3 mlrd. dollar, TAP-ın isə 6 mlrd. dollardır. Mayın 7-də başlayan TAP layihəsi üzrə hazırlıq işlərinin 10%-i yekunlaşıb".
Nazir deyib ki, TAP kəməri iləAvropaya ixrac ediləcək təbii qazdan Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da yararlanacaq: "Artıq TAP konsorsiumu tərəfindən Monteneqro, Xorvatiya və Bosniya vəHerseqovinaya interkonnektorun çəkilməsi təklif edilib. TAP qazı Bolqarıstanın qaza olan tələbatının 40%-ni təmin etməyə qadirdir. Həmçinin, TANAP Türkiyənin Rusiyadan qaz asılılığından azad edilməsinə kömək edəcək. Digər tərəfdən TANAP qazı Rusiya qazından daha ucuz başa gələcək".