Abşeron icra hakimiyyəti “bar müğənnisi” üçün qanunları tapdadı – VİDEO

3-06-2016, 10:36   
Abşeron icra hakimiyyəti “bar müğənnisi” üçün qanunları tapdadı – VİDEO
Bu günlər, xəbər saytlarında “Bar müğənnisi bağça direktoru oldu” başlıqlı xəbər cəmiyyətdə birmənalı qarşılanmadı. Məktəbəqədər təhsil müəssisəsinə belə bir direktorun təyin olunmasını sosial şəbəkələrdə hamı qınadı. Cumhuriyyet.az. xəbər verir ki, söhbət Abşeron rayonundakı 17 saylı uşaq bağçasının direktor postuna yeni təyin olunan Gülnar Nəbi Çingiz adlı 36 yaşlı xanımdan gedir. Hətta yeni direktorun şəkillərini, ifa etdiyi mahnıları, kliplər də yenidən gündəmə gətirildi. İndi isə Abşeron rayon İcra Hakimiyyəti yaranmış problemə münasibət bildirərək açıqlayıb ki, xanım müdirənin iki diplomu var. O, 2001-ci ildə San Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialını Hüquqşünaslıq, Bakı Musiqi Akademiyasını isə solo oxuma üzrə bitirib. İcra hakimiyyətində hesab edirlər ki, yeni direktorun pedaqoji diplomu olmasa da bu onun direktor olmasına heç bir əngəl yaratmır.
Prinsipcə bu açıqlamada hər şey qaydasında görünür. Amma bu ilk baxışda belədir, gerçəklik üçün isə cumhuriyyet.az olaraq Abşeron İcra Hakimiyyətinə Azərbaycan Qanunvericiliyi ilə bağlı bəzi məqamları xatırlatmaq istərdik. Əvvəla onu bildirək ki, açıqlamada adı çəkilən “San Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialı” Elşad Abdullayevin qalmaqallı ABU-sudur. Digər bir tərəfdən hətta bu “iki diplomlu” kadrın bu halda belə bağça müdirəsi təyin olunmasının heç bir hüquqi əsası yoxdur. Çünki “ZƏRBAYCAN RESPUBLİKASI MƏKTƏBƏQƏDƏR TƏRBİYƏ MÜƏSSİSƏLƏRİNİN NÜMUNƏVİ ƏSASNAMƏSİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI”nda açıq və konkret olaraq göstərilir: “Ali ixtisas təhsilli, 3 ildən az olmayaraq ixtisasa uyğun iş stajına malik şəxslər müdir təyin edilə bilərlər ( Müstəsna hallarda orta ixtisas təhsilə, 5 ildən az olmayaraq iş stajına malik şəxslər nazirliyin razılığına əsasən, müdir təyin edilə bilərlər.). Təhsil sistemində olan uşaq müəssisəsinə müdir yerli təhsil orqanları, tabelikdə olan uşaq bağçalarına isə təhsil orqanlarının göndərişinə əsasən, müəssisə rəhbərliyi tərəfindən təyin edilir”. Sözügedən halda indi bağça müdirəsi olan xanımın bu vaxta qədər olan stajı, yəni keçmişi haqda isə yenidən xatırlatmaya ehtiyac var:[media=https://www.youtube.com/watch?v=FWG7VGRhWRg]
[media=https://www.youtube.com/watch?v=w8rLoYE4wzM]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar