İlham Əliyev daha bir oliqarxı sərt cəzalandırdı - RƏSMİ

3-06-2016, 21:28   

Ölkə başçısı Ilham Əliyev "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Arqument.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ”Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, H 6, maddə 554; 2012, H 6, maddə 571; 2013, H 11, maddə 1452; 2014, H 2, maddə 112, H 5, maddə 477; 2015, H 4, maddə 437) ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5.8-ci və 2.3.3.1-ci yarımbəndlərin "Icraçı orqanlar” sütunundan "Azərenerji” ASC sözləri çıxarılsın və həmin sütunda "Bakıelektrikşəbəkə” sözü "Azərişıq” sözü ilə əvəz edilsin.

2. 2.3.3.3-cü yarımbənddə "Azərenerji” sözü "Azərişıq” sözü ilə əvəz edilsin” deyilir.

Beləliklə, prezidentin fərmanı ilə "Azərenerji” ASC-nin dövlət proqramlarında iştirakına da son verilib. Bununla, Etibar Pirverdiyevin ölkənin enerji təminatı sahəsində onsuz da azalmış səlahiyyətlərinin bir qismi də əlindən alınıb. Etibar Pirverdiyev də faktiki olaraq Ziya Məmmədovun aqibəti ilə üzləşib. Bəzi iddialara görə, yaxın vaxtlarda "Azərenerji” ASC tam ləğv ediləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar