MTN-də məhv edilmiş bir “QAZEL” sənəddə nələr olub?

5-06-2016, 13:49   

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı daha bir maraqlı məlumat yayılıb. Gununsesi.info saytının yaydığı məlumata görə, keçmiş nazir Eldar Mahmudov “vurulandan” 1 gün sonra nazirlikdə bir “QAZEL” sənəd məhv edilib.

Saytın adını açıqlamadığı mənbəyə istinadla yazdığına görə, sənədlər nazirliyin Anti-Terror Mərkəzində otaqların birində qoyulan xüsusi aparatla kiçik hissələrə bölünərək, sıradan çıxarılıb. Sənədlərin məhv edilməsi Eldar Mahmudovun və onun dəstəsinin törətdiyi bir sıra qanunsuz əməllərin izini itirmək məqsədi güdüb və buna qismən nail olunub. Belə ki, mənbənin sözlərinə görə, Eldar Mahmudov işdən çıxarılandan bir gün sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları MTN-ə daxil olub. Ancaq onların gecikməsi Anti-Terror Mərkəzinin rəisi Elchin Quliyev və onun müavini İlqar Əliyevə imkan verib ki, hakimiyyətdə olan ayrı-ayrı yüksək vəzifəli məmurlar, habelə, onların övladları ilə bağlı sensasion kompramatları yox etsin. Anti-Terror Mərkəzinə daxil olan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları otağın yarısına qədər sıradan çıxarılmış sənəd görüb. Məhz elə həmin günü ATM-in rəis müavini İlqar Əliyevin həbsinə qərar verilib. Həmin materiallar o qədər çox olub ki, hətta onu MTN-dən çıxarmaq üçün “QAZEL” gətirilib.

Həmçinin, ATM rəhbərliyinin məhv etdiyi materiallar arasında disklər də olub. Mənbənin sözlərinə görə, həmin disklərdə bir sıra vəzifəli şəxslərin və onların övladlarının intim görüntüləri olub. Bu disklər arasında ölkənin iri şəhərlərindən birinin icra hakimiyyətinin başçısının da intim görüntüləri varmış.


Mənbə onu da bildirib ki, Eldar Mahmudovun rəqibinə çevrilən bir sıra yüksək vəzifəli adamlar istintaqın əli ilə Elçin Quliyevdən həmin materiallar barəsində öyrənmək istəyir. Ancaq Elçin Quliyev danışmaqdan imtina edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar