Azərbaycanda yetişdirilən tərəvəz məhsullarının Rusiyaya ixrac edilməsində yaranan bir sıra problemlər artıq ölkə gündəmində ciddi müzakirə mövzusuna çevrilib
Politika.Az xəbər verir ki, Azərbaycanın bu problemlərlə qarşılaşan iş adamlarından biri də Tahir Hüseynovdur.
Tahir Hüseynov Rusiya Federasiyasına göndərdikləri tərəvəz məhsullarının bir müddət orada saxlandıqdan sonra geri qaytarıldığını bildirib.
Məhsulların geri qaytarılmasına səbəb olaraq isə onların Türkiyə, Gürcüstan və ya Ermənistan mənşəli olması göstərilib.
Sahibkarın sözlərinə görə, onların göndərdiyi mallar bir neçə gün orada saxlandıqdan sonra geri qaytarılır. Malların bu cür saxlanması isə onların yararsız vəziyyətə düşməsinə gətirib çıxarır.
Politika.Az