Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Qarabağ danışıqlarında şok gəlişmə: YENİ TƏKLİFLƏR ORTAYA ÇIXDI

16-06-2016, 22:30   
Qarabağ danışıqlarında şok gəlişmə: YENİ TƏKLİFLƏR ORTAYA ÇIXDI

“Rusiyanın təşəbbüsü ilə prezidentlərin Sankt-Peterbuqrda keçiriləcək görüşündə müzakirə ediləcək məsələlər aydındır”

Politika.Az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, prezidentlərin görüşündə 2011-ci ildə qəbul olunmuş “Kazan düsturu” müzakirə ediləcək: “Bura, Qarabağ ətrafında beş və ya altı rayonun Azərbaycana qaytarılması, Qarabağın statusu haqda danışıqların başlanğıcı, regionun silahsızlaşdırılması və Laçın dəhlizinin Ermənistana verilməsi daxildir. “Kazan düsturu” ilə bağlı hər iki tərəf razılaşıb. İndi münaqişənin həlli üçün tarixi məqam və imkanlar yetişib”.

S. Markov hesab edir ki, Sankt-Peterburqda sənəd imzalanmayacaqsa belə, tərəflər əsas məsələlər üzrə razılaşa biləcəklər: “Rusiya öz təklifləri ilə Bakı və İrəvanı oyatmağı bacardı. Bu ona görə belə oldu ki, yalnız Rusiya bu münaqişədə obyektiv vasitəçi olmaq imkanına sahibdir. Nə ABŞ, nə də Avropa Birliyi burada effektiv vasitəçi ola bilmirlər. Avropa Birliyinin başı daxili problemlərinə qarışıb, ABŞ-da isə prezident seçkiləri keçiriləcək. Digər tərəfdən, ABŞ-ın son 25 illik təcrübəsi yalnız xaos və xarabalıqdır. Çətin ki, nə Azərbaycan, nə də Ermənistan Suriyanın, Liviyanın, İraqın, yaxud Əfqanıstanın gününə düşmək istəyər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar