
ABŞ-ı ifşa edən Amerikalı politoloq “feto”çu hərbçilərə milyardlar ötürmüş Pentaqon generalının da adını çəkir
Amerika politoloqu Uilyam Endqal “İflasa uğramış hegemon” adlı yeni kitabında Türkiyədəki 15-16 iyul çevriliş cəhdinin bilavasitə Ağ Ev, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Pentaqon tərəfindən hazırlandığını bir daha təsdiqləyir və “Fətullah Gülən” proyektinin necə hazırlanmasından bəhs edir.
Politoloq özü kitabı haqqındakı məqalədə belə yazır:
”…ABŞ 1945-ci ildən hegemon ölkə olmuşdur. Kitabda Amerikanın tənəzzülündən bəhs edilir. Tənəzzülün əsas səbəbi odur ki, daim artan dövlət borcu milli iqtisadiyyatı çökdürüb. 2008-ci lin bank böhranı isə vəziyyəti daha da pisləşdirdi....
Mənim kitabım MKİ-nin “Müsəlman qardaşları”yla 60 illik işbirliyi dövrünü də əhatə edir...”
Fətullah Gülən hansı Amerika kilsəsinin xətti ilə işləyir?
Kitabın xeyli hissəsi MKİ-nin “Fətullah Gülən” proyektinin necə hazırlamasından bəhs edir. Türkiyədən qovulmuş bu 75 yaşlı “imam” Pensilvaniya ştatındakı gözəl bir dağ qalasında yaşayır. Bu adam beynəlxalq KİV, məktəblər, təhsil mərkəzləri və s. qurumlar şəbəkəsinə nəzarət edir. Bu şəbəkənin ümumi dəyəri hələ 2007-ci ildə 50 mlrd. dollardan yüksək qiymətləndirilmişdi. Həmin məktəblər Amerikadakı Sayentoloq kilsəsinin (həmin kilsə barədə növbəti yazılarımzda bəhs edəcəyik - S.L.) prinsipləriylə fəaliyyət göstərir. Onların çox nüfuzlu idarəçilik şəbəkəsi var. Hər şey maraqlı baxışlardan uzaqdır. Və rəhbərliklə görüşmək üçün heç bir mərkəzi ofis, qərargah yoxdur. Hər şey bir sirr oreolu ilə əhatə edilib...”
Gülən Amerikanı məyus etdi...
Bundan sonra politoloq Gülən şəbəkəsini son 30 il ərzində Türkiyədə ordu, məhkəmə və polis sistemində möhkəmlənməsindən danışır:
“Ərdoğanın hakimiyyətə gəlməsinə dəstək verməyin əvəzində gülənçilər öz adamlarının təhsil naziri təyin olunmasını tələb ediblər. Bu da onlara təhsilə nəzarət etmək imkanı yaradıb. Əgər siz təhsili idarə edirsinizsə, o halda gələcək dövlət xadimləri nəslinə nəzarət edə bilirsiniz. Türkiydə baş tutmamış dövlət çevriliş cəhdi Gülən nüfuzunun ölkəni nə dərəcədə zəhərlədiyini göstərdi. Türklərin çoxu üçün bu gözlənilməz oldu. Ancaq Amerikanı da dərin məyusluq gözləyirdi, çünki onların uzun illər ərzində göstərdiyi səylər kifayət etmədi. Türkiyə ordusunda çevrilişə yol verməmək üçün kifayət qədər vətənpərvər tapıldı...”
Pentaqon generalı gülənçi hərbçilərə 2 mlrd. dollar ötürüb...
Amerika siyasətşünası ABŞ-ın qiyamdakı iştirakını təsdiqləyən bir sıra faktlar gətirir:
”Keçmişdə ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına başçılıq etmiş general Con Kembellin Türkiyə generallarını ələ almaq üçün bu ölkəyə 2 mlrd. dollar vəsait ötürməsini sübut edən dəlillər var. Ancaq bu gediş uğursuz oldu- gülənçi generallar zəif strateq imişlər.
Güləni kirasiya edən Qrem Fuller kimdir?
Onların məğlubiyyətinin digər səbəbi isə MKİ-nin çox açıq şəkildə prosesə nəzarət etməsi oldu. ABŞ-ın Kəşfiyyat üzrə Mlli Şurası sədrinin keçmiş müavini Qrem Fuller (MKİ-nin Əfqanstandakı keçmiş rezidenti) bütün gecə İstanbuldan cəmi 20 dəqiqəlik məsafədəki Adalarda olub və düz qiyamın iflasınadək olaylara nəzarət edib. Q.Fullerin kitablarından birində belə bir çağırış var:
”İndi, soyuq müharibə bitəndən sonra gəlin İslamdan Rusiya və Çinə qarşı yararlanaq. Bu, Əfqanıstanda əla nəticə verdi...” Məhz bu adam uzun illər “Fətullah Gülən” layihəsini kurasiya edib...
Politika.Az