Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ŞAMAXIDAKI KÜTLƏVİ OĞRULUĞUN “AÇILMAYAN” SİRRLƏRİ...

15-08-2016, 09:42   
ŞAMAXIDAKI KÜTLƏVİ OĞRULUĞUN “AÇILMAYAN” SİRRLƏRİ...

Məlumatı verən mənbənin bildirdiyinə görə rayon polis şöbəsinin əməkdaşları Şamaxıda baş verən oğurluqla hər – hansı əlaqəsi olmadığı söylənilən, yalnız Bərdə rayon bazarında iri və xırda buynuzlu heyvan satışı ilə məşğul olan şəxsi həbs etsələr də, əsl “səbəbkarları” tapmağa hələ ki, tələsmirlər.

Şamaxı rayonundan Conflict.az-a daxil olan məlumatda bildirilir ki, son bir ildə rayonda rəsmi statistikaya görə 140 baş iri buynuzlu heyvan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Mənbə onu da əlavə etdi ki, real rəqəm statistikada göstərilənlərdən qat – qat çoxdur. Rayonun Quşçu kənd sakinləri Nəcməddin Cəbrayılovun, Orucəli Niftəliyevin, Eminalı Məmmədovun və Tağı Məmmədovun ümumilikdə 20-dən çox, Həmyəli kənd sakinləri Rahib Xəlilovun və Musa Vəliyevin isə birlikdə 12 baş iri buynuzlu heyvanı naməlum şəxslər tərəfindən oğurlanıb. Onu da qeyd edək ki, bu cür oğurluq hadisəsi rayonun Göylər kəndində də baş verib. Mənbə əlavə olaraq bildirdi ki, rayonun Quşçu kənd sakinlərindən biri (həmin şəxsin adını hələ ki, dəqiqləşdirə bilməmişik – Conflict.az) oğurlanmış heyvanlarının bir qismini ölkənin ən böyük iri və xırda buynuzlu heyvanların satışının təşkil olunduğu Bərdə rayonunda taparaq, Şamaxı rayon polis şöbəsinə məlumat vermişdi. Məlumatı verən mənbənin bildirdiyinə görə rayon polis şöbəsinin əməkdaşları Şamaxıda baş verən oğurluqla hər – hansı əlaqəsi olmadığı söylənilən, yalnız Bərdə rayon bazarında iri və xırda buynuzlu heyvan satışı ilə məşğul olan şəxsi həbs etsələr də, əsl “səbəbkarları” tapmağa hələ ki, tələsmirlər. Mənbənin Conflict.az-a verdiyi məlumatda o da qeyd olunur ki, rayon sakinləri artıq bir ildən çoxdur ki, “pis gün üçün” saxladıqları heyvanlarının hər an oğurlanacağı təlaşı içərisindədirlər. Rayon polisi isə baş vermiş oğurluq hadisəsi ilə bağlı işin hansı mərhələdə olması haqda zərərçəkmişlərə hər – hansı məlumat vermir.
Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqeyini dərc etməyə hazırıq.

Conflict.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar