
Rövşən Lənkəranskinin qətlindən bir neçə saat sonra Hacı Beyləqanski (Talıbxanlı) saxlanılıb
Politika.Az mətbuatın günlərdir yazdığı sirr dolu Beyləqanski haqda arayış hazırlayıb.
Belə k, Hacı Beyləqanski digər “qanuni oğru” Əlibala Əlisəftər oğlu Həmidovun (Qoca Bakınski) qətlində şübhəli bilinir.
Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakınskini məhz onun əmri ilə qətlə yetirib. Qəribədir, Lənkəranski də avqustun 18-də öldürülüb.
2012-ci ilin dekabrında Dubayda Lənkəranskinin cangüdəni və tapşırıqları yerinə yetirən Beyləqanski, onun böyük oğru dünyasına şəxsi töhfələr verib.
H.Beylaqanski 1982-ci ildə Beyləqan rayonunda anadan olub. Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı və yalnız R.Lənkəranskinin xüsusi tapşırıqları olanda Dubayı tərk edirdi.