Ermənistan baş naziri Nikol Paşinyan iki günlük səfər çərçivəsində Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsinə gedib. O, burada erməni ictimaiyyətinin nümayəndələrilə görüşüb. Axalkalakidə keçirilən görüşdə həmçinin Gürcüstan xarici işlər naziri Mixail Canelidze də çıxış edib.
Paşinyan çıxışında iki ölkə və xalq arasında tarixi qardaşlıq münasibətlərinin olduğunu deyib və gürcüləri əmin etməyə çalışıb:
"Gürcüstan və gürcü xalqı əmin olmalıdır ki, Ermənistanın və erməni xalqının hərəkətlərində heç bir gizli niyyət yoxdur. Mən məhz buna görə Gürcüstana gəlmişəm, ümid edirəm ki, qardaş Gürcüstan rəhbərliyi bunu mənim gözlərimdən oxudu".
Səfər zamanı Gürcüstanın Ermənistana qardaş kimi yanaşdığına əmin olduğunu deyən Paşinyan bu münasibətin qarşılıqlı olduğuna diqqəti çəkib.
Xəzər
Cebhe.info