Tbilisidə Gürcüstan hökumətinin istefası tələbi qoyulmuş etiraz aksiyasının iştirakçıları Rustaveli prospektində nəqliyyatın hərəkətini dayandırıblar.
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, aksiyada 3 minə yaxın adam iştirak edir. Onlar parlament binasının qarşısı ilə yanaşı, yolu da tutublar. Bu arada xatırladaq ki, Ermənistanda "məxməri inqilab" zamanı da yolların bağlanması taktikasından geniş istifadə olunmuşdu.
Şəhər hakimiyyəti və prospektdə olan hüquq-mühafizə orqanları əməkdaşları hələlik prospektdə hərəkətin bərpa edilməsi üçün heç bir tədbir görmürlər.
Parlamentin binasının yaxınlığında bir neçə təcili yardım maşını növbə çəkir.
Aksiyada adi vətəndaşlar çıxış edir və məhkəmə ədalətsizliyi ilə üzləşdikləri hallardan bəhs edirlər. Onların hamısı ölkədə qanunların aliliyinin bərqərar olmasını tələb edirlər. Aksiyada hər hansı siyasi bəyanat səslənməyib, akin iştirakçıların tələbi qüvvəsində qalmaqdadır – onlar hökumətin istefasını istəyirlər.
* * *19:59
Gürcüstanın müxalifət partiyaları razılığa gəliblər ki, Tbilisidə 2017-ci ilin dekabr ayında qətlə yetirilmiş yuxarı sinif şagirdi Zaza Salaridzenin atası tərəfindən təşkil edilmiş etiraz aksiyalarında iştirak etməyəcəklər.
Virtualaz.org “Qruziya-Onlayn”a istinadən xəbər verir ki, bununla bağlı “Demokratik hərəkat” partiyasının lideri Nino Burcanadze jurnalistlərə deyib:
“Biz vətəndaşlarda ədalətsizliyə qarşı başlamış bu aksiyanı siyasiləşdirmək niyyətində deyilik. Lakin bu o demək deyil ki, müxalifət partiyaları siyasi mübarizədən imtina edir. Bu o deməkdir ki, biz bu prosesdən siyasi məqsədlərimiz üçün istifadə etmirik”.
* * *18:58
Gürcüstanın Qori şəhərindəki Dövlət universitetinin qarşısına toplaşan tələbələr etiraz aksiyası keçirirlər.
Virtualaz.org “Qruziya-Onlayn”a istinadən xəbər verir ki, aksiya iştirakçıları Xorava küçəsindəki qanlı qarşıdurma ilə bağlı şəhər məhkəməsinin qərarına etirazlarını bildiriblər və qısa müddətdə işin ədalətlə həll edilməsini tələb ediblər.
Xatırladaq ki, dünən Zaza Saralidzeyə dəstək aksiyaları Batumidə, Telavidə, Qurcaanidə, Zuqdididə və Qoridə keçirilib.
"Мы не намерены политизировать эту акцию, которая вызвана чувством несправедливости у граждан. Однако это не означает, что оппозиционные партии отказываются от политической борьбы. Это означает, что мы не используем этот процесс для своих политических целей", - заявила журналистам лидер оппозиционной партии "Демократическое движение" Нино Бурджанадзе.