NATO təlimçiləri Ukrayna ordusunu Donetskə hücuma hazırlaşdırır.
Publika.az xəbər verir ki, bu informasiyanı “Luqans Xalq Respublikası” tərəfindən əsir götürülən Ukrayna ordusunun 14-cü briqadasının əsgəri Yakov Veremeyçinka verib.
Əsir əsgər bildirib ki, 2017-ci ilin dekabrında Ukrayna hərbiçiləri Lvov şəhərindəki Yavorovskiy poliqonuna gediblər.
“Orada amerikalı, kanadalı və polyaklardan ibarət NATO nümayəndələri bizi öyrədirdilər. Əsas təlim şəhərlərdə döyüşün aparılması ilə bağlı idi”, - deyə o qeyd edib.Asif