İraqın quzeyindəki PKK düşərgələrinə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində bəzi nöqtələr terrorçulardan təmizlənib.
Cebhe.info xəbər verir ki, PKK İrana sığınmağa cəhd etsə də, rəsmi Tehrandan gələn açıqlama onları çıxılmaz vəziyyətdə qoyub. Belə ki, İran Türkiyənin PKK-ya qarşı əməliyyatına dəstək verib.
Qəndil dağının yaxınlığına qədər irəliləyən türk hərbçilərinin hücumundan yayınmaq üçün PKK İrandan dəstək almağa çalışıb. Ancaq İran Qəndilin öz ərazisi daxilində qalan bəzi kəndlərinin boşaldılacağını bildirib.
Sərhəd xəttində yerləşən bu kəndlərin boşaldılması Türkiyə tərəfinin əməliyyatına dəstək məqsədi daşıyır. Addım-addım Qəndilə doğru irəliləyən Türkiyə Silahlı Qüvvələrinin birləşmələrinin Qəndilin 22 km-liyində dayandığı və böyük əməliyyata hazırlaşdığı xəbər verilir.
Əməliyyatlarda pilotsuz aparatlar, "Sərçə 3", milli piyada tüfəngi olan "MRT-76", zirehli müdaxilə maşını, mütəmadi olaraq müşahidə aparan "ASİR" istifadə edilir.
Xəzər
Cebhe.info