Hurriyyet.org xəbər verir ki, ABŞ xarici işlər naziri Mayk Pompeonun 1989-cu il iyunun 4-də baş verən Tiananmen hadisələrinin ildönümünü xatırlatması və Çində güclü təzyiqlə yatırılan etirazlar aksiyalarına ümumilikdə neçə nəfərin öldüyü, həbs edildiyi və ya itkin düşdüyünü açıqlamağı tələb eləməsidir. Pekinin sərt etirazına səbəb olub. Çin ABŞ-a etiraz notası göndərib.
ABŞ XİN mətbuat katibi Hua Çunyinq mətbuat konfransında Pompeonun açıqlamasının ”Çin hökumətini əsassız şəkildə ittiham elədiyini” bildirib, “ABŞ-ı Çinin işlərinə qarşımaqda” ittiham edib və deyib: “ABŞ ittihamlarından əl çəkməli, səhvini düzətlməli, Çinin işlərinə qarışmaqdan əl çəkməli və Çin-Abş münasibətlərinə zərər verəcək addımların əvəzinə münasibətləri düzəltməyə çalışmalıdır”.
Pompeo yapdığı açıqlamada 1989-cu ildəki hadisələrdə “məsumların faciəvi şəkildə həlak olduğunu xatırladıqlarını” yazmış və Nobel mükafatlı çinli müxalifətçi Liu Ksiabodan sitat gətirərək “4 iyun qurbanlarının ruhlarının rahat olmadığını” bəyan eləmiş, “Çin hökumətini öldürülən, həbs edilən və ya da itirilən insanların tam sayını açıqlamasını tələb edən digər beynəlxalq təşkilatların fikrinə şərikik” - deyə bildirmişdi.
Hurriyyet.org