Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“WhatsApp”dan YENİLİK: Növbəti həftədən bu funksiya aktivləşəcək

4-06-2018, 20:32   


“WhatsApp”dan YENİLİK: Növbəti həftədən bu funksiya aktivləşəcək

Artıq gələn həftə “WhatsApp”da pulköçürmələri xidməti işə salınacaq.

A24.Az-ın “TechRadar” nəşrinə istinadən məlumatına görə, bununla da messencer iri internet ödəniş sistemləri ilə rəqabətə girəcək.

Hazırda bu xidmət messencerin “Android” versiyasında beta sınaq versiyasında əlçatandır. Ancaq bir neçə həftədən sonra ondan telefonunda “WhatsApp” yüklənmiş hər kəs istifadə edə biləcək.

Hazırda xidmətin tərtibatçılarının iri banklar arasında dörd tərəfdaşı mövcuddur. Bu gün “WhatsApp”ın aktiv istifadəçilərinin sayı 1,3 milyard nəfərdən çoxdur.

Xatırladaq ki, pul köçürmə xidməti “Apple”in “iMessage” məlumat mübadilə xidmətində də reallaşdırılıb. Hələlik bu xidmət məhdud ölkələrdə istifadəyə açıqdır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar