Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həbs edilən sabiq icra başçısı ilə bağlı - Yeni xəbər

5-06-2018, 16:16   

 


   
Vəkilllər Kollegiyası həbs edilən sabiq icra başçısı ilə bağlı məlumat yayıb.
Vəkillər kollegiyasından Axar.az-a verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində qeyd olunduğu kimi, barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham irəli sürülmüş və hal-hazırda həbsdə saxlanılan Gədəbəy rayonunun keçmiş icra hakimiyyətinin başçısı Saleh Rüstəmovun ona müdafiəçi kimi təyin olunmuş vəkili ilə heç vaxt görüşmədiyi, habelə Rüstəmovun yaxın qohumlarının tutduğu vəkillə ünsiyyət hüququnun təmin edilmədiyi barədə xəbər yayılıb.
Qurum bildirir ki, vətəndaş Saleh Rüstəmova onun iddialarının əksinə olaraq, mayın 10-da müdafiəçi qismində Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova ilə müqavilə bağlanılıb, həmin ayın 15, 17 və 24-ü tarixlərində isə vəkil İlhamə Həsənova ilə Saleh Rüstəmovun görüşü olub.
Vəkillər Kollegiyası bəzi kütləvi informasiya vasitələrində yoxlanılmamış, təhrif olunmuş və ictimaiyyətin çaşdırılmasına yönəlmiş bu kimi məlumatların yayılması hallarına təəssüf edir və KİV nümayəndələrinə belə hallarda Kollegiyanın mətbuat xidmətinə müraciət etmələrini tövsiyə edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar