Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əbülfəz Məlikov: gerçəklik və iddialar…

6-06-2018, 11:39   




Son günlər kadr islahatları aparılan dövlət qurumları medianın daha çox diqqət mərkəzindədir. Bu baxımdan həm Gömrük Komitəsi, həm də gömrük sistemi ilə bağlı baş verənlər geniş təhlil olunur. Bu təhlil prosesində isə bir müddətdir unudulan bir “qəhrəman” yenidən xatırlanıb. Söhbət “Trans Broker” MMC-nin rəhbəri kimi gündəmə gələn Əbülfəz Məlikovdan gedir.
Ə.Məlikovla bağlı son yazılarda onun broker fəaliyyətindən uzaqlaşaraq “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri kimi aqrar sektorda çalışdığı bildirilir. Həm bu məlumat, həm də bununla bağlı aparılan təhlillərin nə dərəcədə doğru olub olmadığını deyə bilmərik. Ancaq, bu yazılarda sözügedən xəbərin cumhuriyyet.az-a istinad olunması təəccüb doğurur. Çünki, cumhuriyyet.az olaraq 6 ay ərzində belə bir məlumat yayımlamamışıq. Halbu ki, son xəbərlər yeni kənd təsərrüfatı nazirinin təyin olunmasından sonraya aid edilir. Əbülfəz Məlikovun şəffaf və tam qanuni fəaliyyətini hökm kimi irəli sürmürük, amma cumhuriyyet.az olaraq əldə etdiyimiz bəzi məlumatları da diqqətə çatdırmağı vacib bilirik:
Əvvəla, artıq bir ilə yaxındır ki, gömrükdə “Broker” kabusu mövcud deyil. Ölkə rəhbərliyinin gömrük və vergi orqanlarının sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrə son qoyması, inhisarçılığın aradan qaldırılması istiqamətində tədbirlərin gücləndirilməsi prosesi çərçivəsində bu qurumun hökmranlığı ortadan qaldırıldı.
İkincisi, Əbülfəz Məlikov məntiqi olaraq bu qurumun rəhbəri deyil. Bununla bağlı cumhuriyyet.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, adı çəkilən şəxs müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bir sahibkardan bu boyda kabus düzəldilməsi ağlabatan deyil.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar