Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyin olunan başçı Məmməd Cahangir oğlu Məmmədov AQRO Kimya MMC-nin prezidenti vəzifəsindən istefa verib.Unikal.org-un əldə etdiyi məlumata görə, onun yerinə AQRO Kimya MMC-nin prezidenti vəzifəsinə Məmmədov Rəhman Məmməd oğlu təyin edilib.
Qeyd edək ki, yeni rəhbər təyin olunan Rəhman Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun oğludur.