Hurriyyet.org xəbər verir ki, Türkiyə ilə ABŞ Menbiç modelinin tətbiq edilməsi zamanı 3 strateji məsələ üzərində də işləməyi qərara alıblar. Bunlar: Fərat bəndinə nəzarət, gəlmə kürdlərin və ərəb yaraqlılarının gələcəyi məsələsidir.
Türkiyə ilə ABŞ arasında əldə edilən razılaşmaya görə, PKK/ YPG terrorçuları iyulun 4-dən etibarən Suriyanın Menbiç şəhərini tərk eləməyə başlayacaqlar.
Elektrik paylanması
Etibarlı mənbələrdən əldə edilən məlumata görə, üç strateji məsələdən biri Menbiçdə yerləşən və bölgənin suvarılması ilə yanaşı, elektrik enerjisinin istehsalını da təmin edən Fərat bəndinin taleyi olacaq. PKK/YPG-nin bu bəndi əldən vermək istəmədikləri bildirilir, təşkilatın oradan getməsi ilə su bəndinə nəzarət də türk əsgərinə keçəcək. Lakin su bəndinə nəzarət amerikalıların da ixtiyarına keçə bilər. Yekun qərar qarşıdakı günlərdə dəqiqləşəcək.
YPG-nin gətirdiyi mülki şəxslər
PKK/YPG terrorçuları Menbiçin demoqrafik quruluşunu öz mənfəətlərinə uyğun şəkildə dəyişdirmək üçün Kobani başda olmaqda, Fərat çayının şərqindəki kürd sakinləri zorla gətirərək şəhərə yerləşdirmişdilər. Menbiç xalqı YPG-nin gətirdiyi kürdlərin geri qaytarılmasını istəyir. Hazırlanacaq ol xəritəsində bu məsələnin də dəqiqləşdirilməsi gözlənir. Mülki vətəndaşların nizamlı şəkildə göndərilməsi gündəmdədir.
Yaraqlıları istəmirlər
Gəlmə kürdlər kimi, menbiçli və ya kənardan gəlmiş ərəb yaraqlıların da məsələsi müzakirə ediləcək. Ankara Menbiçdə yaradılacaq yerli özünüidarədə və ya yerli qüvvələr arasında indiyə qədər PKK/ PYD-YPG ilə əlbir olmuş qüvvələrin olmasına razı deyil. Eynilə PKK/YPG kimi bu silahlı qrupların da Menbiçdən çıxarılacağı bəlli olub.
Hurriyyet.org