Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nərgiz Paşayeva da vitse-prezident oldu

8-06-2018, 16:36   
Bu gün8 iyun — 16:27


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında akademik Nərgiz Paşayeva, akademik İradə Hüseynova AMEA-nın yeni vitse-prezidentləri seçiliblər.

Seçkinin nəticələrinə görə akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev və Dilqəm Tağıyev yenidən AMEA-nın vitse-prezidentləri seçiliblər.

AMEA-nın müxbir üzvü Bilal Bilalov isə vitse-prezident vəzifəsini icra edən seçilib.

Bundan başqa, səsvermə nəticəsində akademiklər Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibləri seçiliblər. (AzərTAc)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar