Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

POMPEO-ÇAVUŞOĞLU GÖRÜŞÜNDƏN SONRA VAŞİNQTONDA BAŞ VERƏNLƏR…

8-06-2018, 20:39   


 ABŞ Türkiyəni “F-35 proqramı"nda saxlayacaqmı?


Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 08 iyun 2018-ci il

 

Bu həftənin ilk günü (4 iyun – tərc.) ABŞ XİN-də keçirilən önəmli görüşün uğurla nəticələndiyini Mövlud Çavuşoğlu açıqladı. Mən də bunu Amerikadakı qaynaqlardan təsdiq edərək, “Bu görüş önəmli və uğurlu idi” yazdım.

Görüş, ən azı, iki ölkənin əlaqələrinin qopmaması və gələcəkdə birlikdə işləmək arzusunu göstərməsi baxımından çox önəmli idi. Lakin bu zirvənin həqiqi önəmi haqqında hər kəsin müstəqil dəyərləndirmə aparması üçün Çavuşoğlu Vaşinqtondan ayrıldıqdan sonra ABŞ hakimiyyəti daxilində nələrin baş verdiyinin də bilinməsi lazımdır.

Ona görə də, bir neçə gündür ki, burada baş verən hadisələr haqqında danışmaq istəyirəm.

Görüşün ertəsi günü komandirləri Suriyada olan xüsusi birliklərin YPG güclərinə, İŞİD-lə mübarizədə istifadə etmələri üçün yeni silahların göndərilməsi məqsədilə çalışmaya başladıqları öyrənildi.

 

Qurumlararası anlaşmazlıq

 

Ağ Ev ortaya bir strateji intizam qoya bilmədiyi üçün hakimiyyət qurumları arasında Suriya məsələsinə görə dərin anlaşmazlıqlar və toqquşmalar yaşanır.

XİN-də bir qrup, xüsusilə Avrasiya şöbəsi İŞİD-lə mübarizə bitmək üzrə olarkən, ABŞ-ın Türkiyə ilə əlaqəni qoparmağı regionda gözə ala bilməyəcəyini və YPG ilə münasibətlərin səviyyəsinin düşürülməsinin lazım olduğunu söyləyir. Pentaqon isə taktiki səbəblərə görə, YPG ilə münasibətlərin zəiflədilməsinə qarşı çıxır.

Rəhbərlik daxilində bu müzakirənin qarşıdakı müddətdə də davam etməsi gözlənilir.

 

Gərginliyi azaltma

 

Vaşinqtondakı milli təhlükəsizlik sahəsində təcrübəli olan jurnalist dostlarım da uzun müddətdən bəri gərginlik və stres siqnalları verən Türkiyə-ABŞ münasibətlərindən nə üçün belə bir yumşalma və anlayış siqnallarının gəldiyini mənim kimi anlaya bilmədilər.

Sərt reaksiya verməsi gözlənilən YPG dairələrindən də heç bir reaksiya olmayınca, “Yoxsa bunun təməlində gizli saxlanılan bir şeymi var?”sualı şübhələrimizi artırdı. Yəqin ki, Xarici İşlər Nazirliyi də şəhərdə yayılmağa başlayan bu şübhə mühitindən xəbərdar oldu və buna görə, çərşənbə axşamı bu məsələyə həsr olunmuş bir telekonfrans görüşü təşkil etdi.

Telekonfrans bitənədək xəbər embarqosu vardı, bitincə də qalxacaqdı. Konfransa XİN-dən üst səviyyəli iki rəsmi şəxs qatılaraq, suallara cavab verəcəkdi. Bizlər öz yazılarımızda bu şəxslərə “üst səviyyəli rəsmi şəxs 1 və 2” olaraq (Mən bu şəxslərin kim olduğunu bilirəm, lakin qaydalara görə, kim olduqlarını yazmıram), xitab edəcəkdik.

Üst səviyyəli bu rəsmi şəxslər suallara detallı cavab verərək, Çavuşoğlu-Pompeo görüşü barədə ABŞ tərəfinin baxışlarını çatdırdılar.

Bu da ABŞ tərəfinin yanaşması…

1. ABŞ bu prosesi Suriyada gərginliklərin azaldılması və atəşkəs sahələrinin genişləndilməsi prosesinin önəmli bir parçası olaraq görür; 

2. NATO müttəfiqi olan Türkiyə ilə anlaşma içində olduqlarını və birlikdə çalışacaqlarını anladırlar;

3. ABŞ tərəfi bunu xeyli geniş çərçivəli bir anlayış olaraq görür. Menbiçlə bağlı proses də bu geniş çərçivə anlayışı daxilində yürüdüləcək;

4. Bu səbəblə Vaşinqton, Menbiçdən çəkilmə və oraya yeni rəhbərlik gətirmə təqvimi ilə bağlı olaraq dəqiq tarix verə bilmir. Bunun çərçivə anlayışının icra edilməsi prosesində regionda baş verəcək hadisələrə baxılaraq, Türkiyə ilə müzakirələr nəticəsində qərarlaşdırılacağı vurğulanır.

5. Şəhərdəki bəzi YPG təlimatçılarının (PKK ilə əlaqəli olanların) bölgədən uzaqlaşdırılmasına girişiləcək. YPG də “Bunların təlimvermə işləri bitdiyi üçün gedəcəklər” deyərək, bu durumu təsdiq etdi;

6. Atəşkəs bölgəsi sərhəddində aparılan patrul xidmətinin orta və uzun müddətdə Türkiyə tərəfindən aparıla biləcəyi daha sonra keçiriləcək görüşlər nəticəsində dəqiqləşəcək;

7. ABŞ rəhbərliyi gərginliyin bu şəkildə azaldılmağa başlaması ilə şəhərə bir hücumun olmayacağını və YPG-nin daha şərqə doğru çəkilə biləcəyini düşünür;

8. Suriya rejiminin və Rusiyanın şəhərin cənub bölgəsində yerləşdiyi və ABŞ hakimiyyətinin bu gərginliyi azaltma prosesində Rusiya ilə təmasda olduğu söylənilir. Gələcəkdə Rusiya məsələsində, lazım olarsa, Türkiyənin də yardımının istənə biləcəyi düşünülür. Hakimiyyət, verdiyi açıqlamalarda nə zaman Türkiyənin adı keçsə, mütləq əvvəlində “NATO müttəfiqimiz” vurğusu etməyə diqqət edir.

Anlaşılan odur ki, iki ölkənin əlaqələrini kilidləmiş olan bu problemin həlli məsələsində irəliləyiş əldə edilməsi üçün bəzi addımlar atıldı və ortada bir uğur da var. Düşünürəm ki, bu prosesə ABŞ-ın etdiyi “nüans” vurğularını da bilsək, gələcəkdə məsələyə daha şüurlu bir baxış bucağı ortaya qoya bilərik.

 

Yaxınlaşan F-35 böhranı

 

Çərşənbə günü (6 iyun – tərc.) Senatın Silahlı qüvvələr komitəsi Müdafiə Nazirliyinin yeni – 2018-ci il büdcəsini təsdiq edərək, Senata göndərdi. Büdcənin 1269-cu maddəsi “F-35 proqramından Türkiyənin çıxarılması” başlığını daşıyır.

Əsas olaraq da, rahib Bransonun həbsdə saxlanması və Türkiyənin Rusiyadan S-400 raketlərini alması göstərilir. Türkiyənin həm F-35-lərin istehsalı və ehtiyat hissələrlə təminatı, həm də təyyarələrin verilməsi prosesindən çıxarılması istənilir.

İlk F-35-in 21 iyunda Türkiyəyə təhvil verilməsi gözlənilərkən, bu yeni durumda nələrin baş verə biləcəyi hələ ki, məlum deyil.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar