Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putinə sərvət vədi: Rusiya ordusu bu ölkəyə girir - Şok

9-06-2018, 12:57   

 


   
Rusiya və Mərkəzi Afrika Respublikası (MAR) arasında yaranmış yeni münasibətlər dünyanın diqqət mərkəzinə düşüb.
Teleqraf.com xəbər verir ki, MAR başçısı Faustin Tadera keçən ilin noyabr ayında Moskvaya səfər edərək bir sıra anlaşmalara imza atıb.
Lakin Rusiya Prezidenti Vladimir Putinin gözlənilmədən MAR-a – illərdir davam edən vətəndaş müharibəsinin xarabalığa çevirdiyi bir Afrika ölkəsinə maraq göstərməsi Taderanın sürpriz səfərindən daha ilginc ehtimallar yaradıb.
Afrikanın bu yoxsul ölkəsində baş verənlərə nəzər salsaq, müəyyən məqamlar üzə çıxır. Bir neçə il əvvəl üsyançılar diktator Fransua Bozizeni devirdilər. Lakin bu, MAR-da qorxulu böhrana – iqtisadiyyatın tamamilə çökməsinə gətirib çıxardı. BMT bundan sonra respublikaya silah satışını qadağan etdi.
BMT-nin hesabatına görə, ölkə əhalisinin 100%-nin humanitar yardıma ehtiyacı var. Moskvada Putinlə görüşən Taderanın başçılıq etdiyi hökumət isə ölkənin yalnız az bir hissəsinə nəzarət edə bilir.
MAR tamamilə ayrı-ayrı silahlı qruplaşmalar və üsyançı dəstələr arasında parçalanıb. BMT-nin vəziyyətə nəzarəti ələ almağa çalışdığı bir vaxtda isə Putin-Tadera görüşünün detalları üzə çıxmağa başlayıb. İddiaya görə, Moskvada olarkən Putinlə mədən sahəsi üzrə bir sıra müqavilələr imzalayan MAR başçısı ondan hərbi yardım istəyib.
Məlum olub ki, uran, qızıl və almaz yataqları ilə zəngin olan MAR-ın başçısı ölkəyə nəzarəti ələ almaqda ona kömək edəcəyi halda, Putinə nəhəng sərvət vəd edib.
Anlaşma yerinə yetiriləcəyi halda Rusiya yaxın günlərdə Afrikaya ordu göndərə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar