Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

1 ay sonra Rusiyanı gözləyən aqibət: Ziyanı nef ölkələrinə də dəyəcək

12-06-2018, 17:21   

 



Bir neçə gündən sonra Rusiyada dünyanın diqqət mərkəzində olacaq futbol üzrə dünya çempionatı başlayacaq. Çempionatın başlanması ərəfəsində Avropa ölkələri liderlərinin diplomatik baykot qərarının açıqlanacağı gözlənilir. Bu möhtəşəm yarışmadan sonra isə Rusiyaya qarşı iqtisadi müharibənin yeni dalğasının başlanacağı istisna olunmur. 

ABŞ və Avropa dövlətlərinin bu ölkəyə qarşı iqtisadi sanksiyaları gücləndirəcəyi də müzakirə mövzusudur. Hətta Rusiyanı iqtisadi cəhətdən çökdürmək üçün neft və qazın qiymətini endiriləcəyi barədə informasiyalar yayılır. 

Çempionat bitdikdən sonra Rusiyanı nə gözləyir? 

Politoloq Natiq Miri Cebhe.info-ya bu sualın cavabında bildirib ki, bunlar ABŞ-ın geosiyasi maraqları konteksində baş verir: “Bu gün ABŞ-ın Yaxın Şərqdə və Suriyadakı geosiyasi maraqlarına qarşı duracaq iki ölkədən biri məhz Rusiyadır. Rusiya artıq Suriyada həlledici geosiyasi amillərdən birinə çevrilib. Həm də ABŞ-ın mütəffiqlərindən sayılan Ukraynada işğalçılıq siyasətini davam etdirir.

Bu konteksdə, ABŞ və Avropa Birliyi Rusiyaya ciddi siyasi sanksiyalar tətbiq edib. Rusiyanın öz iddialarından əl çəkməsi üçün bu cür sanksiyalardan istifadə olunur və bu sanksiyalar daha da dərinləşdirilir. Artıq sanksiyalar təkcə enerjidaşıyıcılarına deyil, hərbi sənayeyə də tətbiq edilir. Bu da Rusiyanın gəlir mənbəyi olan iki əsas sahələrindən biridir. Biri- enerji sahəsi  Rusiya iqtisadiyyatının 65 faizini təşkil edirsə, milyonlarla dollar gətirəcək digər sahə isə məhz müdafiə sənayesidir”. 

Politoloq hesab edir ki, təzyiqlər getdikcə dərinləşdiriləcək: “Bu, o vaxta qədər davam edəcək ki, Rusiya geosiyasi iddialarından vaz keçsin. Bölgədən – həm Ukrayna, həm də Suriyadan çəkilsin. Təbii ki, bu, ABŞ-ın maraqları konteksində olardı. Bütün bunlara rəğmən, Putin Rusiyasi ABŞ və Avropa Birliyinin sanksiyalarına sinə gərməyə davam edir”. 

Neftin və qazın qiymətinin endirilə biləcəyi ilə bağlı gözləntilərə gəlincə, politoloq deyir ki, neft və qazın qiyməti ilə oynamaq ABŞ-ın imkanları çərçıvəsindədir: “ABŞ-ın özü artıq neft istehsalıyla məşğuldur və Avropa ölkələrinə ixrac edir. Avropa bazarında Rusiyanın boşalmış mövqelərini doldurmağa çalışır. Bundan başqa OPEK çərçivəsində neftin qiymətini aşağı sala biləcək ən əhəmiyyətli ölkələrdən biri Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı ilə ABŞ-ın bu yöndə zaman-zaman anlaşmaları olub və bu dəfə də anlaşmanın olacağı istisna olunmur”. 

Politoloq deyir ki, gəlirlərin azalması Rusiyanın iqtisadi cəhətdən kiçilməsinə səbəb olacaq ki, bu da ABŞ-ın qarşısında Moskvanın hərbi gücünün zəifləməsi anlamına gəlir: “ Bu baxımdan düşünürəm ki, müxtəlif sanksiyalarla birlikdə neft və qazın qiymətinin düşməsi də gündəmdə ola bilər”. 

Xatirə Nəsirova
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar