Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Breksit”in səbəbkarı ilə Kreml arasında müəmmalı “qızıl əlaqələr” ortaya çıxdı

12-06-2018, 21:43   


Rusiya Böyük Britaniyanın Avropa Birliyindən ayrılması üçün kampaniya aparanlardan birinə 6 qızıl mədəni hədiyyə edib

“Böyük Britaniyanın Avropa Birliyindən qoparılması yolunda ən böyük maliyyə xərcini çəkən iş adamı ilə Kreml arasında gizli əlaqələr ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın “The Sunday Times” qəzetinin redaksiya yazısında maraqlı faktların üstü açılıb.

4 jurnalistin (Riçard Kerbec, Kerolayn Uiler,Tim Şipman və Tom harner) əməyi ilə yazılan məqalədə qeyd olunur: “Breksit”i maliyyələşdirən iş adamlarından milyoner Aaron Benksə Rusiyanın 6 qızıl mədəninin istismarı üzrə əlverişli müqavilə təklif edilib. Bundan başqa Aaron Benksin Rusiyanın Böyük Britaniyadakı səfiri ilə əvvəlcədən rəsmiləşdirilməmiş görüşü həyata keçirilib. Həmin görüş Rusiya Xarici Kəşfiyyat Xidmətinin bu iş üzrə ezam olunan əməkdaşı tərəfindən təşkil edilib. Aaron Benksin kampaniyanın ən qızğın çağında Moskvaya gizli səfər etdiyi də aşkar olunub”.

Müəlliflər öz dəlillərini Bensk və onun iş partnyoru Endi Uiqmor arasındakı elektron yazışmaları ilə əsaslandırıblar.

Referendumdakı zəfərinə həsr olunmuş “Breksitin pis oğlanları” adlı kitabında Aaron Benks Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko ilə sadəcə bir dəfə - 2015-ci ilin sentyabrında görüşdüyünü bildirib. Lakin “The Sunday Times”dakı məqalədə bu iki şəxsin Böyük Britaniyanın Müstəqillik Partiyasının rəhbəri və “Breksit”in qızğın tərəfdarı Naycel Faracla birlikdə 2016-cı ilin noyabrında görüşdüyü ortaya çıxıb.

ÐаÑÑинки по запÑоÑÑ aaron banks gold

Aaron Benks (solda) və Naycel Farac

Görüş ABŞ prezidenti Donald Trampın seçkilərdə qələbə qazanmasından sonra baş tutub. Maraqlıdır ki, A.Benks və Naycel Farac rusiyalı diplomatla söhbətə Trampla Nyu-York şəhərində baş tutan görüşdən 3 gün sonra gəliblər. Aaron Benks sonradan rusiyalı diplomatlara Trampın komandasının üzvlərinin mobil telefon nömrələrini verdiyini etiraf edib.

ÐаÑÑинки по запÑоÑÑ aaron banks russia

“Həmin elektron məktublar Naycel Faracın Leave.EU (“AB-dən çıxaq”) kampaniyası ilə rus xüsusi xidmət orqanları arasındakı əlaqələri də faş edir. A.Benks və Uiqmoru Aleksandr Yakovenko ilə görüşdürən isə Rusiya kəşfiyyatının zabiti Aleksandr Udod olub. Bu adam Sergey Skripal və Yuliya Skripalın Solsberi şəhərində zəhərlənməsindən sonra ölkədən qovulub. Həmin görüşdə isə Yakovenko yuxarıda bəhs edilən 6 qızıl mədəninin onların rəhbərlik etdiyi şirkətə verilməsini təklif edib”, - deyə məqalədə qeyd olunur.

ÐаÑÑинки по запÑоÑÑ Ñковенко поÑол

Aleksandr Yakovenko

Qəzetin yazdığına görə, elektron məktublardan Aaron Benks və Uiqmorun 2015-cı il noyabrın 17-də Yakovenko ilə birlikdə Rusiyanın dağ-mədən sənayesinin maqnatlarından sayılan Simon Povaryonkinlə çay süfrəsində oturduqları məlum olub. Məhz burada qızıl mədənlərinin verilməsi ilə bağlı müqavilənin detalları müzakirə edilib.

ÐаÑÑинки по запÑоÑÑ aaron banks russia

Aaron Benks və Endi Uiqmor

Sonradan Uiqmor tərəfindən “Sky News” və BBC-yə göndərilən məktublarda isə A.Benksin 2016-cı ilin fevralında Moskvaya səfərinin şübhəli şəkildə uzandığı qeyd olunur. Benks buna izahat gətirərək, arvadının rus olduğunu, ikisinin Moskvada çay gəzintilərində olduğunu və “Ermitaj” muzeyinə baş çəkdiyini söyləyib. Aaron Benksi “yandıran” detal isə bundan ibarətdir ki, “Ermitaj” Moskvada deyil, Sankt-Peterburq şəhərində yerləşir.

Olduqca çıxılmaz vəziyyətdə qalan Benks mətbuata görüş barədə ABŞ-ın xüsusi xidmət orqanlarına məlumat verdiyini söyləyərək, işin içindən çıxmaq istəyib.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar